Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10108
az

Bir-birimizə qardaş millətik - Zabit Səmədov

21:4119 Fevral, 2019
730
CƏMİYYƏT
  • A
 
Çeçenlərlə azərbaycanlılar arasında münasibətlər həmişə yaxşı olub və yaxşı da olacaq. Hər şey qaydasındadır. Moskva şəhərindəki "Prezident hotel"də Azərbaycan və çeçen nümayəndə heyətlərinin görüşü bir daha sübut etdi ki, biz dostuq. Bir-birimizə qardaş millətik. Kimlərsə iki qardaş xalqın arasını vurmağa çalışmasın.


Bunu Modern.az-a açıqlamasında K-1 qaydasız döyüş növü üzrə dünya çempionu Zabit Səmədov deyib.

Tanınmış idmançı bildirib ki, iki ölkə vətəndaşlarının bir araya gəlməsi dövlət başçılarının təklifi ilə gerçəkləşib.

"İkitərəfli görüşün baş tutması dövlət rəhbərlərinin təşəbbüsü ilə həyata keçirilib. Bizim də şərəf borcumuzdur ki, bu görüşə qatılaq və iştirak edək. Hər iki dövlətin rəhbərlərinin tapşırığı ilə masa arxasında əyləşib mehriban görüş keçirtdik".

Zabit Səmədov iki xalqın arasını vuran erməni millətindən olan şəxs barədə qısaca olaraq bunu deyib:

"Bu barədə fikirlər var. Yaxın zamanlarda Rusiyanın rəsmi orqanları iki ölkə arasında qarışıqlıq salmaq istəyənlərin kimliyini açıqlayacaq".

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub. Daha sonra kənar qüvvələr iki xalqın nümayəndələri arasında münaqişəni qızışdırmağa cəhd göstəriblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO