Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100903
az

Səudiyyə Ərəbistanı bəyanatla çıxış edib

11:4912 Yanvar, 2024
151
  • A

Oxu24.com  xəbər  verir  ki,Krallığın Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində verdiyi açıqlamaya görə, Səudiyyə Ərəbistanı təmkinli olmağa çağırıb və ABŞ və Böyük Britaniyanın Yəməndəki husi hədəflərinə zərbələrindən sonra eskalasiyadan çəkinməyi tövsiyə edib.

 

“Krallıq bütün dünyanın maraqları naminə naviqasiya azadlığının beynəlxalq tələb olduğu Qırmızı dəniz regionunda təhlükəsizliyin və sabitliyin qorunmasının vacibliyini bir daha təsdiqləyir və regionda baş verən hadisələr fonunda təmkinli olmağa və gərginliyin qarşısını almağa çağırır. ”, - deyə məlumatda bildirilir.

 

Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri Bəhreyn, Avstraliya, Hollandiya və Kanadanın dəstəyi ilə Yəməndə husilərin nəzarətində olan hədəflərə zərbələr endirib.

 

Qərb koalisiyasının zərbələrinə cavab olaraq Yəmən silahlı qüvvələri “yer-yer” tipli raketləri kütləvi şəkildə atmağa başlayıb.

 

ABŞ prezidenti Co Bayden zərbələri müdafiə xarakteri daşıyan husilərin Qırmızı dənizdəki yük gəmilərinə hücumlarına birbaşa cavab adlandırıb.

 

O, həmçinin "lazım gələrsə, tərəddüd etmədən əlavə tədbirlər görəcəyinə" söz verdi.

 

Buna cavab olaraq husilər Yaxın Şərqdəki ABŞ və Britaniya hərbi bazalarına hücum edəcəkləri ilə hədələyiblər.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp general-leytenantı Ukrayna üzrə xüsusi elçi təyin etdi
Qasırğa İngiltərədə nəqliyyatı iflic etdi
Polşa avrodan imtina edir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı