Aamaj News xəbər agentliyinin verdiyi məlumata görə, İŞİD qruplaşması Kabildə mülki insanları daşıyan avtobusun partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu24.com xəbər verir ki,Əfqanıstan paytaxtının qərbində, əsasən həzara etnik qrupundan olan şiələrin məskunlaşdığı Dəşti-Bərçi ərazisində ötən gecə sərnişinləri daşıyan avtobus partladılıb.
Kabil polis idarəsinin mətbuat mərkəzinin rəhbəri Xalid Zadran ötən gecə sosial şəbəkələrdə sərnişin avtobusunun partlaması nəticəsində 2 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını bildirib.
İŞİD hücumda 20 nəfərin öldüyünü iddia edir.
Bundan əvvəl İranda 80-dən çox insanın ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti İŞİD-in üzərinə götürdüyü bildirilirdi.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR