Polşalı yük maşınlarının və fermerlərin etirazına görə Polşa ilə Ukrayna sərhədində bağlanan yük maşınlarının sayı iki minə yaxındır.
Oxu24.com xəbər verir ki,Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko Ukrayna telemarafonunun efirində məlumat verib.
O xatırladıb ki, noyabrın 4-ü axşam saatlarında polşalılar “Medikka” keçid məntəqəsini yenidən blokadaya alıblar.
"Bu səhərə olan məlumata görə, Polşa ərazisində Ukrayna istiqamətində 600-ə yaxın yük maşını növbəyə durub. Daha 1400 yük maşını üç istiqamətdə növbədədir, onlar da bloklanıb", - sərhədçi bildirib.
Bundan əvvəl Ali Rada Ukrayna prezidenti Vladimir Zelenskini Polşa-Ukrayna sərhədinin bağlanması ilə bağlı vəziyyəti həll etməyə çağırıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR