Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100506
az

Cənubi Koreya təlimlərə başladı  - GƏRGİNLİK

12:0505 Yanvar, 2024
117
DÜNYA
  • A

Cənubi Koreya silahlı qüvvələri KXDR-in Yeonpyonqdo və Panqyonqdo adaları yaxınlığında suları atəşə tutmasına cavab olaraq hərbi təlimlər keçirib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

 

Təlimlərdə Yeonpyeondo və Paengnyeondo adalarında yerləşən dəniz piyada bölmələri iştirak edib. Cənubi Koreya tərəfi akvatoriyanı atəşə tutub, təlimlərə K9 özüyeriyən artilleriya qurğuları cəlb olunub.

 

Bundan əvvəl Birləşmiş Qərargah Rəisləri bildirmişdilər ki, yanvarın 5-də səhər saatlarında Şimali Koreya hərbçiləri Baengnyeonq adasının şimalındakı Çanqsan burnu və Yeonpyonq adasının şimalındakı Cape Qora bölgəsini 200-dən çox artilleriya atəşinə tutublar. .

Mərmilər Qərb dənizindəki Şimal Demarkasiya Xəttinin şimalına düşüb. Heç kim xəsarət almayıb, lakin Cənubi Koreyanın Yeonpyonqdo adasının səlahiyyətliləri “Şimali Koreyanın hərbi təxribatının aşkar əlamətləri fonunda” sakinlərin evakuasiya edildiyini açıqlayıb.

Bundan əvvəl KXDR ABŞ sualtı qayığının Cənubi Koreyaya daxil olmasını “nüvə silahından istifadə üçün şərt” adlandırmışdı.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna səfiri etimadnaməsinin surətini XİN-ə təqdim etdi - FOTO
Gürcüstan parlamentində yenə dava düşdü - VİDEO
Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirib