Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100196
az

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib

13:5901 Yanvar, 2024
99
DÜNYA
  • A

Yanvarın 1-i günortadan sonra bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib.

 

Oxu24.com  xəbər  verir  ki,bunu ölkənin Rəqəmsal Transformasiya Nazirliyini bildirib.

 

Demək olar ki, eyni vaxtda bölgələrdə sirenlər səslənib. Saat 12:21-də bütün Ukraynada həyəcan təbili çalındı.

Bir müddətdir ki, Xarkov vilayətinin Çuqev şəhərində partlayışlar nəticəsində müəssisələrdən birinə ziyan dəydiyi məlum olub.

Həmçinin bildirilib ki, Xerson vilayətinin Ukraynanın nəzarətində olan hissəsində mühüm infrastruktur obyektləri zədələnib, Lvovda partlayış nəticəsində ukraynalı millətçi Roman Şuxeviçə həsr olunmuş muzey dağılıb.

Bundan əlavə, dekabrın 31-i axşam saatlarında Ukraynanın əksər ərazilərində hava hücumu xəbərdarlığı elan edilib. Sirenlər Kiyev, Çerniqov, Vinnitsa, Çerkassı, Sumi, Poltava, Kirovoqrad, Nikolayev, Odessa, Xarkov və ölkənin digər bölgələrində işə salınıb.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin komandanı Rusiya Federasiyasının FPV pilotsuz uçuş aparatlarından istifadədə üstünlüyə malik olduğunu bildirib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarabağdakı sülhməramlıların komandanı
Türkiyədə üç mütəşəkkil cinayətkar qruplaşma zərərsizləşdirildi
Rusiya Xarkov və Zaporojye istiqamətində irəlilədi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA