Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100081
az

Şəhid övladları üçün həyata keçirilən “Onlar bizə əmanətdir” layihəsi davam edir

16:0330 Dekabr, 2023
175
  • A

Şəhid övladları üçün həyata keçirilən “Onlar bizə əmanətdir” layihəsi davam edir

Xeyirxah əməllərlə vətəndaşlarımızın yanında olan, minlərlə insana maddi və mənəvi dəstək göstərən Qırmızı Ürəklər Fondunun təşəbbüsü ilə “Onlar bizə əmanətdir” layihəsi davam edir. Layihənin məqsədi Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhid övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirməkdir. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində həyata keçirilən layihə bu dəfə  “Kapital Bank”, “Bestcomp Group”, “PASHA Pay”, “PAŞA Sığorta”, “PASHA Investments”, “PAŞA Technology”, “PASHA Life” və “PAŞA Bank”ın dəstəyi ilə baş tutdu.

Layihə çərçivəsində “Azərpoçt”un dəstəyi ilə 16 yaşadək olan 1796 nəfər şəhid övladına bayram hədiyyələri təqdim ediləcək. Paytaxt Bakı ilə yanaşı, ölkənin regionlarını da əhatə edən layihədə fondun könüllüləri iştirak edir, siyahıların hazırlanmasında isə yerli icra hakimiyyəti orqanları dəstək olub.

“Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki gün öncə həlak olan 13 yaşlı Zaurun partası indi belə görünür -FOTOLAR
Daha bir ölkə Netanyahunu həbs etməyəcək
Masazırda uçqun: Ölən və yaralılar var

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu