Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100064
az

Almaz Əliyevaya cinayət işi açıldı

19:5929 Dekabr, 2023
146
CƏMİYYƏT
  • A

Musiqi məktəbinin direktorunun qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib.

Goranboy rayon prokurorluğundan verilən xəbərə görə, Naftalan şəhər uşaq musiqi məktəbinin direktoru Almaz Əliyevanın qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
 

Toplanmış sübutlarla Almaz Əliyevanın həmin vəzifədə işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edərək məktəbin ayrı-ayrı müəllimlərinə əsassız əməkhaqqı hesablanıb ödənilməsinə nail olmaqla xeyli miqdarda büdcə vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Almaz Əliyevaya Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla israf etmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Naftalan şəhər məhkəməsinə göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü