Rusiya ilə Çin arasında hərbi əməkdaşlıq son illər inkişaf edir.
Oxu24.com TASS -a istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Tsyan bildirib.
"İki dövlət başçısının strateji rəhbərliyi altında son illərdə Çin və Rusiya arasında əlaqələr davamlı şəkildə inkişaf edib, iki hərbi idarə arasında əməkdaşlıq dərinləşməyə davam edib və iki ölkə arasında strateji əlaqələr daim zənginləşib", - Vu deyib.
Dekabrın 27-də Rusiya Hindistan və Çini neft və neft məhsullarının tədarükündə əsas tərəfdaşlar adlandırıb.
Dekabrın 26-da Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, ABŞ-ın Arktika LNG-2 layihəsinə qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiya və Çin bu sahədə əməkdaşlığı davam etdirəcək.
Bundan əvvəl məlum olmuşdu ki, “Qazprom” Çinə qaz tədarükü rekordunu üstələyib.
Bundan əvvəl Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinlə danışıqlar zamanı ölkənin Rusiya Federasiyası ilə tərəfdaşlığın inkişaf etdirilməsi üzrə prinsipial xəttini təsdiqləyib.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR