Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92251
az

Son yaxınlaşır: qarabağlı separatçıların ümidləri tükənir

14:2106 İyul, 2023
414
QARABAĞ
  • A

Xankəndindəki separatçı xunta mövcudluğunun sonunun yaxınlaşdığından çabalayır, fasiləsiz bəyanatlar və müraciətlər seriyasından nə isə əldə etməyə çalışır. Amma erməni separatizminin onillərdən bəri davam edən bəlasının son çırpıntılarıdır...

Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi arealda yaşayan qarabağlı ermənilərin separatizm fəaliyyəti artıq son mərhələdədir.

Bunu ermənilərin özləri deyir, Ermənistan hakimiyyətinin funksionerləri, siyasətçilər, deputatlar, analitiklər və habelə, Xankəndindəki separtçı rejimin funksionerləri etiraf edirlər.

Həmin rejimin rəhbəri Araik Arutyanyan Xankəndindəki qondarma "parlament"də çıxış edərkən yerli "deputatlar"a həddən ziyadə emosional, hətta isterik çıxışla xitab edib.

A.Arutyunyanın dediyinə görə, RSK nəzarətindəki əraziləri tərk edərək Ermənistana yollanmaq və ya sonradan mühacirət üçün Ermənistandan aralıq mərhələ qismində istifadlə etmək istəyən qarabağlı ermənilərə heç nə demək istəmir.

"Biz ciddi qərarlardan ibarət paket hazırlamışıq. Evini tərk edərək gedənlər indi evlərini və ya mənzillərini kirayəyə verir, pul qazanırlar. Onların hər biri ilə bağlı qərar verməliyik. Konkret olaraq nə edəcəyimizi indi deyə bilmərəm. Bir tərəfdən, Konstitusiyamıza sayğı bəsləməliyik. Lakin Ermənistana yollanmış şəxslərlə bağlı ən sərt qərarların qəbul edilməsinin tərəfdarıyam. İlk növbədə onları gəlir əldə etmək imkanlarından məhrum etməliyik. Bu barədə uca səslə deyirəm. Həmin adamlar qışqırırlar, qaçırlar. Hamı qaçmaq istəyir. Kim getmək istəyir, getsinlər - canları cəhənnəmə!", - Araik Arutyunyan deyib.

Həddən artıq sərt danışdığını və faktiki olaraq, Xankəndini tərk edərək Ermənistana qaçanların hamısını xəyanətkar adlandırdığını anlayan Araik Arutyunyan nitqini yumşaltmağa çalışıb: "Xalq burada yaşamaq, burada yaratmaq istəyir".

Fəqət Araik Arutyanyan "xalq" dedikdə kimi nəzərdə tutduğunu, həmin adamların nə "yaratmaq istədikləri"ni açıqlamayıb.

Bəllidir ki, separatçı xuntanın rəhbəri "xalq" kimi qarabağlı erməniləri görür və "yaratmaq" felini də çox yəqin RSK-nın nəzarətindəki ərazilərdə qarabağlı erməni separatçılarının silahlı dəstələrinin yeni səngərlər, istehkamklar və müdafiə mövqeləri qazmaq, inşa etmək niyyətlərini ehtiva edir.

Araik Arutyunyanın qəzəbli, eyni zamanda təlaşlı çıxışında aşkar şəkildə vurğulanır ki, qarabağlı ermənilər separatçı rejimin idarəetməsi altında bundan sonra da yaşamaq istəmirlər. Onlar qeyri-müəyyənlikdən usanıblar, ümidsizlikdən beziblər və problemlərinin yeganə adekvat, həm də real çıxış yolunu hazırda RSK nəzarətindəki arealı tərk edərək Ermənistana üz tutmaqda görürlər.

Xankəndindəki xunta çıxış yolunu həmin ermənilərin Laçın rayonundakı sərhəd nəzarət-buraxılış məntəqəsinə axışmasının qarşısını almaqda görür. Araik Arutyunyan və əlaltıları üçün problem o qədər ciddi hal alıb ki, onlar Ermənistana qaçmaq istəyən qarabağlı ermənilərə mane olmaq üçün yerli "polis"dən istifadə edirlər.

Separatçı xuntanın çıxışındakı digər etiraf isə Ermənistanın hakimiyyət dairələrinin, siyasətçilərinin, ictimaiyyət mənsublarının və dünyanın müxtəlif ölkələrində yaşayan erməni diaspor təmsilçilərinin guya 120 min qarabağlı erməninin "Azərbaycanın tətbiq etdiyi blokada nəticəsində aclıq, qıtlıq və ifrat çətinliklərlə qarşılaşması" iddialarının əsassızlığıdır.

Hazırda rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə yaşayan qarabağlı ermənilərin toplam sayı 30 mindən artıq olmadığı halda, rəsmi İrəvanın və erməni diasporunun sporadik bəyanatlarının sadəcə, propaqanda məqsədi güddüyünü rəsmi Bakı dəfələrlə bildirib. Di gəl, ermənilər amplualarına sadiq qalaraq yalanları sıralamağa davam edir, hansısa illüzor məqsədlərinə çatacaqlarını düşünürlər.

Araik Arutyanyanın son davranışlarına gəldikdə isə, onun "parlament"dəki çıxışı gözdəniləndi. Onun Rusiya Federasiyasının prezidenti Vladimir Putinə məktub ünvanlaması ilə bağlı xəbərlərin yayılmasına göstəriş verməsi də tragikomediya janrındak səhnəcik sayıla bilər.

Vurğulanır ki, guya A.Arutyunyan məktubunda RSK-nın fəaliyyətinin yarıtmaz olduğunu deyib.
Ətraflı

Separatçıların lideri yanında antiböhran şurasının sədri Tiqran Petrosyan bildirib ki, "Arayik Arutyunyanın məktubu Rusiya prezidenti Vladimir Putinə oxunub. Bu məktubda Arutyunyan V.Putinə Azərbaycanın Qarabağ bölgəsində Rusiya Sülhməramlı Kontingentinin (RSK) fəaliyyətini təqdim edib".

Petrosyan həmçinin bildirib ki, o, "Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla şəxsən danışıb və Azərbaycanın Qarabağ bölgəsində RSK-nın fəaliyyətindən danışıb".

Petrosyan Rusiya təhlükəsizlik güclərindəki mənbələrinə istinadən bildirib ki, "Putin FTX, Xarici İşlər Nazirliyi və Rusiya Müdafiə Nazirliyinə humanitar məsələ ilə ciddi məşğul olmağı tapşırıb": "Əgər Rusiya bu həftə vəziyyəti dəyişdirə bilməsə, o zaman Petrosyanın fikrincə, separatçılar bu problemin həlli üçün başqa alternativ təklifləri nəzərdən keçirməyə məcbur olacaqlar".

Erməni mediasının və bloqerlərinin iddialarına görə, sən demə, V.Putin məktubu alandan sonra situasiyanı yenidən nəzərdən keçirərək dəyərləndirmək fikrinə gəlibmiş.

T.Petrosyan onu da söyləyib ki, "Çox yox, cəmi 4-5 gün gözləmək gərəkdir. Laçın yolu ən qısa müddətdə açılmalıdır. Rusiyalı sülhməramlılar bunu anlamalı və tələblərimizə uyğun, müvafiq şəkildə hərəkət etməlidirlər. Əks təqdirdə başqa, alternativ yollarımız və fəaliyyət planlarımız da var. Onların barəsində indi danışmaq korrekt olmazdı ".

Tiqran Petrosyan kimi marionetkanın bəyanatı qarabağlı ermənilərin separatçı rejiminin intellektual səviyyəsinin göstəricisidir: düşünün ki, Xankəndindən kənarda, hətta Ermənistanda belə tanınmayan bir adam Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəhbəri ilə telefonla danışdığını və üstəlik, rəsmi Moskva qarşısında ultimatum səsləndirdiyini iddia edir.

Belə açıqlamalar normal, sivil cəmiyyətdə səslənsəydi, danışan individi ya ifrat populist, klounadaya meylli fırıldaqçı, ya da psixikasında çox ciddi problemlərlə üzləşən və zəruri müalicəyə ehtiyacı olan birisi sayardılar.

Qarabağlı ermənilərin də faciəsi odur ki, onları Araik Arutyunyan kimi biznes maraqlarını hər məsələdən üstün tutaraq RSK komandanlığını belə, birgə avantüralara cəlb edən möhtəkir, Samvel Babayan təki maniakal sindromalara malik qatil, Vitali Balasanyan təki fırıldaqçı və Tiqran Petrosyan təki ruhi-əsəb sistemində ciddi fəsadları olan fərd idarə etməyə çalışırlar.

Xankəndindəki xunta nümayəndələrinin bəhs etdiyimiz bəyanatlarını və davranışını təlaş, qorxu, xof və təşvişdən yaranan nevrastenik hərəkətlər kimi izah da etmək olardı.

Lakin belə deyil.

Separatçıların rəhbərliyində fiqurlar artıq bilirlər ki, onların hakimiyyətinə çox qalmayıb və qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesi qaçılmazdır.

Həmin proses isə separatçıların hazırda üzvlərinin sayı təqribən 10 minə çatan silahlı dəstələrinin bütünlüklə tərksilahını, Xankəndindəki qondrma strukturların hamısının ləğvini və Azərbaycan vətəndaşlarına qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.

Qarabağlı ermənilərin Ermənistana qaçmasına mane olmağa çalışan Araik Arutyanyan və onun rəhbəri, Ermənistanın baş naziri Nikol Paşinyan yekun sülh sazişinin imzalanması prosesində yeni maneələr yaratmaq, bununla da vaxt uzatmaq istəyirlər.

Onların planlarının reallaşma ehtimalı isə az olmaqla yanaşı, gün keçdikcə daha da kiçilir...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azad edilmiş ərazilərdə daha 159 mina aşkarlandı
DSX əməkdaşı minaya düşdü
Şuşada mina partladı - xəsarət alan var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı