Qaynar xətt:

(+99450) 247 90 86

Sülhməramlıların növbəti avtomobil karvanı Laçın yolundan keçdi

Sülhməramlıların növbəti avtomobil karvanı Laçın yolundan keçdi

QARABAĞ

1152

23.02.2023, 21:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb.

Trend-in aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində bir minik, 15 yük avtomobilinin Xankəndiyə maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının