Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd olunub - FOTOLENT
04 Oktyabr 2026, 19:23
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
1190
17.02.2023, 18:07
Onu əvvəllər dostları, qulluq etdiyi hərbi hissədə əsgər yoldaşları tanıyırdısa, indi bütün Azərbaycan tanıyır. Amma son hadisələr deməyə əsas verir ki, o, 44 günlük Vətən müharibəsindəki cəsur duruşu ilə Ermənistanda və ermənipərəst qüvvələr arasında da çox məşhurdur.
Söhbət "Topçu Vüsal" kimi adını 44 günlük İkinci Qarabağ müharibəsinə qızıl hərflərlə yazdıran azərbaycanlı gəncdən gedir. Vətən müharibəsində Ermənistan silahlılarına mərmi atandan sonra duruşu hamının yaddaşında qaldı.
Belə görünür ki, bu dəfə 30 ilə yaxın həsrətin vüsala yetdiyi Vətən müharibəsində topçu Vüsal kimi tanınan igid əsgər erməni tərəfinin əsas hədəfinə çevrilib. Konkret desək, erməni təbliğat maşınının qollarından hesab edilən üç fransız birgə sənədli film hazırlamaq üçün pul yığma kampaniyası təşkil edirlər. İlk baxışdan burada qeyri-adi heçnə yoxdur, erməninin xisləti hər kəsə məlumdur. Amma məsələ düşündüyümüzdən də düşündürücü və məkirlidir.

Belə ki, ermənipərəst fransızlar bu kampaniya üçün topçu Vüsalın şəklini istifadə etmək qərarına gəliblər. İstisna edilmir ki, bu filmlərin əsas hədəfi elə məhz Vüsal - Azərbaycan olacaq. Böyük ehtimalla məhz Vüsalın 44 günlük Vətən müharibəsi zamanı sözügedən kadrı əsas şəkil kimi ona görə istifadə edilmək üçün seçilib ki, ermənipərəst, anti-Azərbaycan, türkəfobiya, islamafobiya ilə alışıb-yanan qüvvələrin dəstəyini alaraq növbəti qarayaxma kampaniyası üçün "tutarlı" filmlər ərsəyə gəlməsində onların işini aşırmasına kifayət edəcək məbləğin toplanmasına daha böyük auditoriyanın köməyini qazanalar. Burada bir məqamın - onlar xristian-müsəlman kontekstini vurğulamaları, islamofobiyanın ən bariz nümunəsidir.
Bunun digər adı isə saxtakarlıq, müəllif hüquqlarının kobud şəkildə pozulması, insan haqlarının və hüquqlarının növbəti dəfə ayaqlar altına atılması deməkdir. Çünki bununla qarşı tərəf dünya ictimaiyyətinə "Azərbayacandan gələn təhlükə" görüntüsü yaratmaq niyyətindədir ki, bu da tamamilə qərəzli, məkirli və çirkab oyundur.
Açıq-aydın görünür ki, Vüsala hücumlar təşkil edilir. Vüsal orada qaniçən kimi təqdim edilir. Amma çox yaxşı bilirik ki, Vüsal Vətən müharibəsində məhz hərbi xidmətdə olan bir Azərbaycan əsgəri kimi düşmənə qarşı savaşa qatılıb.



Azərbaycanın düşmənləri bu cür təxribatla Vüsalın timsalında bütün Azərbaycanı növbəti dəfə hədəf taxtası etmək barədə düşünür. Bununla da Ermənistan və ermənipərəst dairələr yenidən Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dalana dirəmək məqsədi ilə diplomatik əlaqələri sıfırlayaraq prosesləri qeyri-müəyyən zamana kimi təxirə salmağa çalışırlar. Bunun başqa açıqlaması yoxdur.
İslamafobiya, anti-türk təbliğatının açıq sezildiyi bu kompaniyanın ən təəssüf edici məqamlarından biri də ondan ibarətdir ki, bu yolla türkün - Azərbaycanın düşmənləri çalışırlar ki, onları maddi yardımları ilə dəstəkləyənlər sırasında başqa xalqların, dövlətlərin nümayəndələrini, vətəndaşlarını da cəl edərək, həmin şəxsləri də məhz bu oyunun iştirakçı tərəfinə çevirələr. Konkret desək, cəhənnəmə gedən özünə yoldaş axtarır...
23:49 / 05 Oktyabr 2026
79
23:42 / 05 Oktyabr 2026
34
23:42 / 05 Oktyabr 2026
78
23:32 / 05 Oktyabr 2026
75
23:22 / 05 Oktyabr 2026
75
22:49 / 05 Oktyabr 2026
73
22:33 / 05 Oktyabr 2026
105
22:23 / 05 Oktyabr 2026
96
22:09 / 05 Oktyabr 2026
104
22:02 / 05 Oktyabr 2026
116
21:57 / 05 Oktyabr 2026
87
21:53 / 05 Oktyabr 2026
267
21:50 / 05 Oktyabr 2026
3855
21:45 / 05 Oktyabr 2026
2344
21:40 / 05 Oktyabr 2026
76
21:37 / 05 Oktyabr 2026
70
21:26 / 05 Oktyabr 2026
72
21:18 / 05 Oktyabr 2026
77
21:11 / 05 Oktyabr 2026
70
21:05 / 05 Oktyabr 2026
97
20:59 / 05 Oktyabr 2026
111
20:53 / 05 Oktyabr 2026
96
20:50 / 05 Oktyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.