Zəngilanda Şəhər Günü atəşfəşanlıqla qeyd olunub
20 Oktyabr 2026, 20:55
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
784
26.09.2022, 18:55
Ölkə başçısının sözlərinə görə, sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu: “Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq”.
Görünən odur ki, sentyabrın 13-də düşmən təxribatının qarşısı alınarkən çox vacib yüksəkliklər azad edilib. Bu isə növbəti erməni təxribatlarının önlənməsində vacib rol oynayacaq. O baxımdan bütün bunları hərbi elspertlər necə dəyərləndirir?
“Sözügedən strateji yüksəkliklər çox mühüm əhəmiyyət kəsb edir”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, ələ keçirilən yüksəkliklər taktiki və strateji baxımdan mühüm əhəmiyyət kəsb edir: “Cənab Prezidentin söylədiyi fikirlər həqiqəti əks etdirir. Çünki həm strateji, həm də taktiki baxımdan Azərbaycan Ordusunun bölmələri hakim yüksəkliklərdə mövqeləniblər. Bu isə ordumuzun ümumi vəziyyətə tam nəzarət etməsi deməkdir. Bununla biz təşəbbüskarlığı bir daha yenidən ələ almış olduq. Bu gün ordumuzun bölmələrinin qərar tutduğu mövqelərdən baxanda hər tərəf ovuc içi kimi görünür. O mənada ki, artıq düşmən bizim gözümüzdən yayına bilməz. Məsələ ondadır ki, 13 sentyabr təxribatına qədər düşmən coğrafi şəraitdən istifadə edərək dağlıq, meşəlik ərazilərdən bu və ya digər formada sərhəddən sıza bilirdisə, artıq həmin imkan yoxdur. Yəni, bu gün onların belə bir cəhdi mümkünsüzdür. Ona gör də sözügedən strateji yüksəkliklər çox mühüm əhəmiyyət kəsb edir. Bu, həm də 44 günlük Vətən müharibəsinin ikinci fazası idi. Biz minimum itki ilə hakim yüksəklikləri ələ keçirdik. Baş verənlər o deməkdir ki, qarşı tərəf artıq bizə yönəlik təxribat törədə bilməz”.
21:06 / 20 Oktyabr 2026
14
21:03 / 20 Oktyabr 2026
23
21:00 / 20 Oktyabr 2026
27
20:55 / 20 Oktyabr 2026
23
20:54 / 20 Oktyabr 2026
37
20:50 / 20 Oktyabr 2026
45
20:43 / 20 Oktyabr 2026
32
20:34 / 20 Oktyabr 2026
41
20:17 / 20 Oktyabr 2026
61
20:12 / 20 Oktyabr 2026
79
20:01 / 20 Oktyabr 2026
450
20:00 / 20 Oktyabr 2026
63
19:54 / 20 Oktyabr 2026
61
19:48 / 20 Oktyabr 2026
65
19:41 / 20 Oktyabr 2026
108
19:39 / 20 Oktyabr 2026
307
19:28 / 20 Oktyabr 2026
69
19:17 / 20 Oktyabr 2026
87
19:05 / 20 Oktyabr 2026
68
18:56 / 20 Oktyabr 2026
88
18:46 / 20 Oktyabr 2026
71
18:34 / 20 Oktyabr 2026
66
18:26 / 20 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.