Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72972
az

Xankəndi və yeni dəhliz Azərbaycanın TAM NƏZARƏTİNƏ KEÇDİ

23:1511 Avqust, 2022
222
QARABAĞ
  • A

Ölkənin tanınmış hərbi eksperti Alp Arslan İmamqulu ordumuzun Qarabağda nəzarətə aldığı son yüksəkliklərin əhəmiyyətini şərh edib.

OXU24.COM musavat.com-a istinadən xəbər verir ki, ekspertin dəyərləndirməsi aşağıdakı məzmundadır: "Cənubdan şimala yaşıl rənglə işarələnmiş Sarıbaba, Qırxqız və Buzdağ yüksəklikləri ən başda qərb sərhədlərimiz boyunca yol güzargahını tam olaraq nəzarətdə tutmağımızı təmin edir. Sarıbaba, Qırxqız və mavi rənglə işərələnmiş Fərrux yüksəklikləri isə ayrıca olaraq qırmızı dairəyə alınmış Xankəndinə gedən bütün yaxınlasma istiqamətlərinə müşahidə imkanı yaradır. Digər bir tərəfdən Sarıbaba və Qırxqız yüksəkliklərindən yeni çəkilən Laçın yonunun ətraf perimetrinə tam nəzarət mümkündür. Ayrıca Qırxqız yüksəkliyi isə Agdərə Kəlbəcər yolu və Sərsəng su anbarına gedən əsas güzərgahlara yaxınlaşma yollarına vizial müşahidə üçün strateji əhəmiyyətlidir".

Ekspertin qısa, lakin peşəkar şərhindən anlaşılan budur ki, nəzarətə götürdüyümüz 4 yüksəklik Laçın dəhlizinə alternativ olan yeni yolu tam "görür", gələcəkdəki Sərsəng su anbarı əməliyyatına geniş imkanlar yaradır. Üstəlik, Xankəndi də ordumuzun tam və əhatəli müşahidəsi altındadır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı