Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68550
az

Kəlbəcərdə ölümdən dönən jurnalist danışdı - "...yəqin ki, ciddi fəsadlar olacaqdı"

17:2119 Aprel, 2022
401
QARABAĞ
  • A

Aprelin 16-da Kəlbəcərdə mina təhlükəsi ilə üzləşən İctimai TV-nin bölgə müxbiri Tahirə Tağıyevanın Axar.az-a müsahibəsini təqdim edirik:

- Əvvəlcə səfəriniz barədə danışaq..

- Səfərimiz Prezident Administrasiyası və Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinin xətti ilə gerçəkləşmişdi. Məqsəd 1993-cü ildə Kəbəcər işğal olunarkən dinc sakinlərin başına gətirilən müsibətləri işıqlandırmaq, faciə baş verən məkanda şahidlərin öz dili ilə bunu dünya ictimaiyyətinə çatdırmaq idi. Çünki bu, bir tarixdir, xalqımızın başına gətirilən müsibətdir.

- Mina tapılan ana qədər nələri lentə ala bildiniz?

- Səfərimiz zamanı operatorumuz Ramin Mehdiyev və mən Kəlbəcərdə qırğın törədilən tunelin qarşısında çəkiliş etdik. Sonra digər həmkarlarımız Başlıbelə, biz isə Günəşli kəndinə yollandıq. Avtobus böyük idi, yol isə narahat... 30 il müddətində burda kənd yolları işlək olmayıb. Hər yeri kol-kos basıb. Çox çətinliklə hərəkət etdik. Avtobusu hər yerdə saxlamaq olmurdu. Bu səbəbdən avtobusu yalnız çəkiliş məntəqəsində saxlaya bildik. Çəkilişimiz Günəşlinin yuxarı hissəsindəki məzarlıqda oldu. Çəkilişdən əvvəl də bizi minaaxtaran qrup müşayiət edirdi. Onlar ərazinin təhlükəsizliyini yoxladıqdan sonra çəkilişlərimizi etdik.

- Ölümdən döndünüz. Həmin təhlükə anını bizim üçün təsəvvür edərdiniz.

- Çəkiliş yekunlaşandan sonra qayıtmalı idik. Lakin insanların öz doğma ev-eşiklərini görmək istəyi var idi. Əfsəl dayının (Əfsəl Mirzəyev) evi kəndin aşağısındadır. Ona görə də qrupdan xahiş etdi ki, heyət toplaşana kimi vaxt itirməmək üçün öndə gedib evini ziyarət etsin, sonra avtobusla onu yolda götürək. Lakin bizi müşayiət edən komandir, baş leytanant buna icazə vermədi. Əfsəl dayını minaaxtaranların müşayiəti ilə yola saldı. Biz irəliləyib onun evinin kənarına çatanda gördük ki, nəsə təlaş var. Artıq komandanlığa məruzə olunur. Həmin evin girişində, gəldiyimiz yolun düz üzərində... Yolun sağ tərəfi ağaclıq idi. Buna görə minanın basdırıldığı yerdən keçəcəkdik. Cəsur əsgərimiz Mərdalı Aşurov artıq minanı tapmışdı. Tank əleyhinə mina idi. Bu, 20 nəfərdən ibarət heyətin həyatının sonu demək idi. Əsgərimizin ayıq-sayıqlığı, komandirin məsuliyyəti olmasaydı, yəqin ki, ciddi fəsadlar olacaqdı.

- Bu, Kəlbəcərdə jurnalistlərimizin qarşılaşdığı ilk mina təhlükəsi deyil...

- Bəli, ötən il şəhid həmkarlarımız Sirac və Məhərrəm də eyni aqibəti yaşamışdılar. Eynilə bizim kimi... Kəlbəcərdə çəkiliş edərkən minaya düşüb şəhid olmuşdular. Bu, 30 il bundan əvvəl qoyulan mina deyil. Bu, ermənilərin hər zamankı kimi bizim humanistliyimizdən istifadə etməsidir. Həmin mina torpaqlarımız işğaldan azad olunduqdan sonra ermənilərə ərazilərimizi tərk etmələri üçün verdiyimiz müddət ərzində basdırılıb. Çünki onlar bilirdilər ki, insanlarımız öz doğma yurdlarına qayıdacaqlar. Bu, ermənilər tərəfindən dinc insanlara qarşı törədilmiş növbəti vandalizm, soyqırım, terrordur.

- Doğma obalarını görmək istəyən vətəndaşlarımıza nə demək istərdiniz?

- Çəkilişlərimizi azad olunmuş bütün torpaqlarımızda aparırıq. Hər zaman minaaxtaranlar çəkiliş qrupumuzu müşayiət edirlər. Öz doğma obalarını görmək istəyən vətəndaşlarımıza çağırış edirik ki, qeyri-qanuni yolla həmin əraziləri ziyarət etmək çox təhlükəlidir. 16 aprelə qədər hər dəfə azad olunmuş torpaqlarımıza gedib-gəlirdik. Təhlükəni bu qədər yaxın hiss etməmişdik. İnanırıq ki, düşməndən təmizlənən ərazilərimizin hər bir qarışı minalardan da təmizlənəcək. Tezliklə torpaqlarımıza rahat şəkildə qayıdacağıq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağdamın işğaldan azad olunmasından 4 il ötür
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər -VİDEO
Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Təbriz sakini azərbaycanlı olduğu üçün Ermənistanda döyülüb- VİDEO