Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61081
az

Hərbçilərimizə qumbara atan erməni Ermənistana verildi: Rusiya sülhməramlıları odla oynayır

21:1213 Noyabr, 2021
307
QARABAĞ
  • A

Rusiyanın Qarabağda müvəqəti yerrləşdirilmiş sülhməramlıları bu gün saat 15.00-da Norayr Mirzoyanı Ermənistana təhvil veriblər.

Bu gün saat 07:12-də Xankəndidən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan terror aktını gerçəkləşdirib.

O, Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan azərbaycanlı hərbçilərin və rusiyalı sülhməramlıların həyatını təhlükəyə atmaqla əl qumbarasını onlar tərəfə atıb.

Nəticədə 3 azərbaycanlı hərbçi  - çavuş Hafiz Nəsibov və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətlərri alıblar.

Ermənilər dərhal bəyan etmişdilər ki, əgər terrorçu N.Mirzoyan Azərbaycana təhvil verlərsə, onda Rusiyanın Ermənistandakı səfirlyinə, obyektlərinə, habelə Qarabağdakı rusiyalı sülhməramlılara hücumlar olacaq.

İrəvanda Rusiya səfirliyinin binası qarşısında erməni radikalların mitinq və yürüş keçirmələrini, ultramillətçilərin Rusiyanın ünvanına hədələr və təhqirlər söyləmələrini nəzərə alsaq, yaşananlar gözləniləndir.

O da aydındır ki, Ermənistana təhvil verilmiş N.Mirzoyan ya azadlıqdaqalacaq, ya da çox tezliklə azadlığa buraxılacaq.

Taricxi təcrübə, presedentlər bunu deyir.

Beynəlxalq hüququn norma və prinsiplərini, habelə ötən ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərini nəzərə alsaq, Şuşa yaxınlıığnda azərbaycanlı hərbçilərə və rusiyalı sülhməramlılara əl qumbarası atan adam yerindəcə zərərsizləşdirilməli, güllələnməli idi.

Divar dibinə aparılmalı, güllələnməli, ya da dar ağacına çəkilməli idi.

Bu qədər bəsit. Vəssəlam, problem həll olunur.

Azərbaycan ərazisində azərbaycanlı hərbçilərə, Azərbaycan vətəndaşlarına, yaxud obyektlərimizə hücum edən istənilən şəxs, şəxslər, qruplaşma və ya təşkilat mənsubları yerindəcə, dərhal məhv olunmalıdır.

Belə bəyanatlar verib çağırışlar edən siyasətçi, yaxud təşkilat liderləri də məhv edilməlidir.

Vacib deyil - onların təhdidləri və ya çağırışları həyata keçdi, ya yox.

Əks təqdirdə çox pis presedent yaranır.

Norayr Mirzoyan indi Ermənistanda qəhrəman sayılır. Ermənilər onun fotolarını sosial şəbəkələrdə paylaşır, əməlini təkrarlamağa çağırırlar.

Mirzoyan yerindəcə güllələnsəydi, rusiyalı sülhməramlılar onu Ermənistana təhvil vermək əvəzinə divar dibinə aparıb məhv etsəydilər, "erməni qəhrəman"ın əməlini təkrarlamaq fikrinə düşəcək hər hansı erməni yüz dəfə fikirləşərdi.

Başqa heç bir metod işlək deyil və olmayacaq da.

Rusiya birdəfəlik anlamalıdır ki, Ermənistana hamilik etmək, ermənilərə daim dəstək vermək Moskva üçün yaxşı heç nə vəd etmir.

Nə indi, nə də yaxın və uzaq perspektivdə.

Ermənilər elə bir etnosdur ki, Rusiya onlara, Ermənistana nə qədər yardımlar etsə də, dəstək versə də (hərbi, iqtisadi, siyasi və s.), ermənilər bunları az, çox az, yetərsiz sayacaqlar, Rusiyanı ittiham edəcəklər.

Ermənistanla və ümumiyyətlə, ermənilərlə bağlı məsələlərdə demokratiya, diplomatiya, siyasət, yaşananlara liberal yanaşma, libertarian mövqelər və s. işləmir.

Qarabağda, Azərbaycan ərazisində istənilən təhlükənin, təhdidin qarşısı dərhal, fövqəladə şəkildə, sərt şəkildə alınmalıdır.

Rusiyanın sülhməramlı kontingenti bunu birdəfəlik anlamalıdır.

Moskva unutmasın ki, erməni radikallar hələ 1970-1980-ci illərdə Sovetlər Birliyində terror aktları törətmişdilər.

O radikalizm Ermənistanda azalmayıb.

Rusiya bunu unudursa, total və fatal səhv edir.

Hansı ölkənin vətəndaşı olması önəmli deyil.

Ermənistanda da Rusiyalı sülhməramlılara, Rusiya vətəndaşlarına və ya obyektlərinə hücumlara cəhd edənlər də fiziki məhv olunmalıdır

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Azərbaycanda nəvəsinə cinsi təcavüz edən baba həbs edildi