Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54832
az

“Bakıdan rayona da 5 manat, Bakıdan Bakıya da?” - İctimai nəqliyyatla bağlı qərar...

22:4902 İyun, 2021
775
QARABAĞ
  • A

Operativ Qərargahın metronun açılmasıyla bağlı verdiyi qərar şəhər əhalisini sevindirdi.

Ən çox sevinənlər isə hər gün işə gedən və saatlarla yollarda tıxacda qalanlar oldu.

Ancaq yumşaldılmalar fonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu ictimai nəqliyyata tətbiq olunan qadağanı qüvvədə saxlaması narazılıq yaradıb.

Bugünlərdə isə məlum olub ki, rayonlararası və şəhərlərarası avtobuslar sənbə-bazar da isləyəcək. Amma sənbə-bazar günləri şəhərdə ictimai nəqliyyat isləməyəcəyindən, rayonlara gedənlər üçün nəqliyyat problemi yaranacaq.

Avtovağzala getmək üçün ancaq taksi xidmətindən istifadə zəruri olacaq ki, bu zaman da xüsusilə uzaq məsafələrdə taksiyə xərclənəcək vəsait rayon avtobusuna ödəniləcək bilet pulu qədər ola bilər. Bir lətifədə deyildiyi kimi, Bakıdan rayona da 5 manat, Bakıdan Bakıya da...

Məsələ ilə bağlı açıqlamasında millət vəkili Razi Nurullayev bildirib ki, Bakı şəhərində həftəsonu ictimai nəqliyyatın və metronun işləməməsi əhali üçün xeyli çətinliklər yaradıb:

"İnsanlar işə, dərdinin-sərinin arxasınca getməsində problemlər yaşayıb, bəzən kilometrlərlə yolu piyada qət etməli olublar. İndi Allaha şükür olsun ki, pandemiya səngiyib. Bunun ardınca Operativ Qərargah tərəfindən karantinin yumşaldılmasına yönəlik qərarlar verilib.

Artıq şəhər və rayonlararası sərnişindaşıma da bərpa edilib. Amma Bakıda həftəsonları hələ də bu qadağa qalır".

O qeyd edib ki, həftəsonları avtobuslarla rayonlara getmək olar, ancaq Bakıda avtobus və metro işləmir:

"Sərnişin deyək ki, Əhmədli, Maştağa, yaxud da Pirallahıdan necə durub avtovağzala gələcək ki, oradan da avtobusa minib öz rayonuna, kəndinə, elinə -obasına gedə bilsin? Burada qeyri-bərabərlik, məntiqsizlik yaranır. Düşünürəm ki, artıq pandemiyaya görə ölkəmiz üçün elə bir ciddi təhlükə yoxdur. Bu baxımdan şənbə-bazar günləri ictimai nəqliyyat və metronun işləməsinə icazə verilməsi insanların əhval-ruhiyyəsinə də müsbət təsir göstərərdi. Ən vacibi isə onların gediş-gəlişini yüngülləşdirər və asanlaşdırardı. Buna çox ciddi ehtiyac yaranıb".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə yük maşını çay yatağına aşdı, sürücü öldü
“140 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura geri dönəcək”
Milli Xalça Muzeyinin Şuşa filialı 31 ildən sonra bərpa edildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub