Kəlbəcərdə iməcilik keçirilib
12 Noyabr 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
5581
23.12.2020, 01:35
Görəsən, Azərbaycan tərəfi 10 Noyabr razılaşmasına əsasən Qarabağa daxil olacaq Rusiya sülhməramlıları qarşısında öncədən ölkənin milli maraqları, suverenliyi və ərazi bütövlüyü ilə bağlı konkret şərtlər qoya bilməzdimi? Məsələn, Azərbaycan dövlətinin tanımadığı, üstəlik, barələrində cinayət işi qaldıraraq İnterpola verdiyi separatçı rəhbərlərlə problemlərin müzakirəsi üçün tərəf kimi görüşmək olmaz, tərtib olunan xəritələrdə Azərbaycan ərazilərindəki toponimlər(məsələn, “Stepanakert” yox, Xankəndi, “Mardakert” yox, Ağdərə və s.) ermənilərin adlandırdığı kimi yox, respublikamızın rəsmi dövlət xəritələrində olduğu kimi adlandırılmalıdır və s.
Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Cümşüd Nuriyev bunları bildirib:
“Təəssüf ki, öncədən belə şərtləri qoymaq mümkün deyildi. Ona görə ki, 10 Noyabr razılaşması bəyanatdır; hüquqi yox, siyasi sənəddir. Bu cür şərtlər qoyulması üçün ikitərəfli hüquqi-siyasi saziş də imzalanmalıydı. Belə bir saziş olmadığı üçün deyilən şərtləri qoya bilmərik. Amma başqa məsələləri qoya bilərik...
Beynəlxalq hüquqda sülhməramlıların haraya yerləşdirilməsindən asılı olmayaraq səlahiyyət və vəzifələri var. Rusiya sülhməramlıları Azərbaycan ərazisində həm səlahiyyətlərini aşdılar, həm də öz vəzifələrini icra etmədilər. Bunların əsas vəzifəsi 5 km-lik Laçın “dəhlizi”ndə ermənilərin sərbəst gediş-gəlişini və Azərbaycan ordusunun nəzarətində olmayan ərazilərdəki sakinlərin təhlükəsizliyini təmin etməkdir. Ancaq rus hərbçilər Hadrutun iki kəndi ilə bağlı səhv iş gördülər, aləmi qatdılar. Və bu, Rusiyaya başucalığı gətirmədi və o, səhvini düzəltməyə məcbur oldu. Burada Azərbaycan dövlətinin iradəsi də özünü göstərdi... Bundan əlavə, Ağdamın Papravənd kəndində post qurublar. Və orada nəinki Ermənistan bayrağı, üstəlik, heç həmin işğalçı ölkənin də tanımadığı separatçı rejimin əski parçası da asılıb. Bu, yolverilməzdir...” – deyə politoloq vurğulayıb.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.