Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
40438
az

Gəncə terrorunda gözlərini itirən 2 uşaq anası - \"Balalarımı ürəyimlə görərəm\"

09:0223 Oktyabr, 2020
806
  • A

"O təkcə öz dünyasının deyil, həm də balalarının görən gözü idi - Pərvin Nüsrəddin qızı Qasımovanın (19.03.1994) cəmi 26 yaşı var. Dünənə qədər həyat onun üçün güllü-çiçəkli idi. Bu gündən isə qaranlıq, zülmət...

Dünənə qədər o, iki gül balasının necə böyüdüyünə şahid idi. Bu gündən isə doğmalarının üzünə həsrət..."

Oxu24.com xəbər verir ki, baku.ws xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında yazıb. O, Pərvinin ailə fotolarını yayaraq həyat hekayəsini belə dilə gətirib:

"Daha o nə gün işığı görəcək, nə anasının üzünü, nə də balalarının böyüməyini... Sadəcə, sığal çəkəcək, oxşayacaq onları...

Çünki qatil erməni onu dünya işığına həsrət qoydu... Oktyabrın 17-də Gəncə terrorunun qurbanı olanlar arasında onun da adı var - Qasımova Pərvin Nüsrəddin qızı... İki gözünü itirdi Pərvin... Dağıntılar altından sağ çıxarıldığına şükr edir doğmaları...

O da üsyankar deyil... "Gözüm Vətənə qurban olsun" deyir... "Mən balalarımı bəsirət gözümlə görər, ürəyimin gözü ilə sevərəm... Təki Vətən sağ olsun, oğullar şəhid olmasın" deyir... Bundan böyük ürək olarmı?.. Gənc bir qızın məntiqi qarşısında baş əymək gərək...

Mən bu xalqın mərd oğul, qızları ilə fəxr edirəm... Biz ona görə bu gün tarix yazırıq... Çünki bu xalqın anaları Vətən uğrunda şəhid olan oğul tabutunu çiynində daşıyar, qızları isə "gözüm Vətənimə qurban olsun" deyər!"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib