Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38281
az

Rusiya səhvini anladı: Azərbaycana tam dəstək - Müharibə olarsa...

21:4528 Avqust, 2020
769
  • A
Redaktor.az Rusiya səhvini anladı: Azərbaycana tam dəstək - Müharibə olarsa... Siyasi 19:52 28.08.2020 3083 "Sergey Şoyqunun Bakı səfəri göstərdi ki, Rusiya Azərbaycanla istər hərbi, istərsə də digər sahələrdə əməkdaşlıq etməyə maraqlıdır və arada olan müəyyən soyuqluq onları narahat edir". Bu sözləri Redaktor.az-a politoloq Tofiq Abbasov Rusiya Müdafiə naziri Sergey Şoyqunun Bakı səfərini şərh edərkən deyib: “Qonşuluq və müttəfiqlik siyasətində əlbəttə ki, müəyyən qədər gərginlik, narazılıq və problemlər yaşanır. Bununla bağlı tərəflərin vaxtaşırı yüksək səviyyədə qarşılıqlı görüşləri, səfərləri baş tutur. Bu görüşlərdə yaranmış problemlər, gərginliklər müzakirə edilir və həllinə dair təkliflər irəli sürülür. Əslində Azərbaycan tərəfi istər Tovuz hadisələrində, istərsə də ondan sonrakı müddətdə Rusiyaya qarşı hər hansı bir addım atmayıb. Lakin biz Rusiyanın strateji tərəfdaşlığa zid, təhlükəli hərəkətlərinin şahidi olduq. Bu da sadə məsələ olmadığı üçün dövlət başçısı İlham Əliyev həmkarı V. Putinə müraciət etdi və bütün narazı məqamları onun diqqətinə çatdırdı. Həmin telefon zəngindən sonra Rusiya Müdafiə naziri Serqey Şoyqu Azərbaycana səfər etdi və ölkə başçısı ilə görüşdü. O, Prezident İlham Əliyevlə görüşündə ölkəsinin atdığı addımların səhv olduğunu və bundan sonra Rusiyanın Azərbaycanın maraqlarına toxunan, ərazi bütövlüyünü şübhə altına atan hər hansı bir addımın atılmasına imkan verməyəcəyini bildirdi”. Politoloq Azərbaycanın Rusiya ilə gələcəkdəki əlaqələrinin formasında dəyişiklik olacağını da deyib: “Hesab edirəm ki, keçmişlə bağlı artıq o qədər də dərinə getmək lazım deyil. Təbii ki, olanlar olub, bunu unutmaq olmaz, amma indiki məqamda daha çox irəli baxmaq lazımdır. Rusiya ilə əlaqələri elə qurmaq lazımdır ki, onlar Azərbaycanla ikili oyun oynamağın mümkün olmadığını anlasınlar". Rusiya bu günə qədər Azərbaycanla olan münasibətlərindən sui-istifadə edirdisə, bundan sonra rəsmi Bakı buna imkan verməyəcək. Azərbaycan-Rusiya münasibətləri region üçün böyük bir rol oynayır. Ümumiyyətlə, Azərbaycan indi 90-cı illərin ölkəsi deyil. Bu gün Azərbaycanın güclü ordusu, düzgün xarici siyasəti var. Bizimlə hər hansı bir ölkə müttəfiqlik etmək istəyirsə, bunu şəffaf şəkildə etməlidir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kəlbəcərdə qəza - 5 nəfər yaralandı
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
Kəlbəcərin Baş Planının detalları açıqlandı - FOTO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil