Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17532
az

Paşinyan Qarabağla bağlı bu razılaşmalardan geri çəkilir - Rus ekspert

20:2704 Sentyabr, 2019
1248
QARABAĞ
  • A
Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi bəyanatlarla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 2016-cı ildə əldə edilmiş razılaşmaları pozur.

Bu barədə “Report”a Moskva Dövlət Universitetinin Dünya siyasəti fakültəsinin dosenti Aleksey Fenenko N.Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasını şərh edərkən bildirib.

“Moskvadan baxanda Paşinyanın bəyanatı qəribə gəlir, çünki 2016-cı ilin iyun ayında Sankt-Peterburqda Qarabağ münaqişəsinin Rusiyanın vasitəçiliyilə həll olunmasına dair plan razılaşdırılmışdı”, - deyən ekspertin fikrincə, bu kimi bəyanatların məqsədi Rusiya tərəfini sərt cavab tədbirlərinə təhrik etməkdir.

“Əslində bu açıqlama 2016-cı ilin bütün razılaşmalarından geri çəkilmək deməkdir. Belə çıxır ki, Ermənistanın bu məsələdə bir-birinə daban-dabana zidd iki mövqeyi var. Məntiqlə o, Rusiyanın əsəbiləşəcəyinə, bununla da münaqişəyə dair görülən bütün işləri sıfırlamaq üçün gözəl fürsət ələ keçəcəyinə bel bağlayırdı”, - A.Fenenko bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı

Bolqarıstanın birinci xanımı Bakıda dolma bükdü

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun