İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?
21 Oktyabr 2026, 21:06
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
287
15.09.2026, 19:29
Xocavənd şəhərində 135 nəfərdən ibarət 33 ailəyə, Qırmızı Bazar qəsəbəsində 44 nəfərdən ibarət 9 ailəyə, Quzeyxırman kəndində isə 41 nəfərdən ibarət 8 ailəyə mənzillərin açarları təqdim edilib.
Oxu24.com xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
13:29
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr öz yurdlarına qovuşublar.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, bu gün Xocavənd şəhərinə 33 ailə olmaqla 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə olmaqla 44 nəfər, Quzeyxırman kəndinə 8 ailə olmaqla 41 nəfər köçürülüb.
Köçürülən sakinlərin məskunlaşması üçün yaşayış yerlərində lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.
06:30
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd şəhərinə 33 ailə – 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə – 44 nəfər, Quzeyxırman kəndinə isə 8 ailə – 41 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.





22:21 / 25 Oktyabr 2026
1
22:18 / 25 Oktyabr 2026
14
22:00 / 25 Oktyabr 2026
42
20:35 / 25 Oktyabr 2026
38
20:15 / 25 Oktyabr 2026
361
19:30 / 25 Oktyabr 2026
1340
19:02 / 25 Oktyabr 2026
236
16:35 / 25 Oktyabr 2026
89
16:05 / 25 Oktyabr 2026
128
15:37 / 25 Oktyabr 2026
783
15:34 / 25 Oktyabr 2026
92
15:19 / 25 Oktyabr 2026
114
15:08 / 25 Oktyabr 2026
119
15:05 / 25 Oktyabr 2026
127
14:36 / 25 Oktyabr 2026
106
14:15 / 25 Oktyabr 2026
758
14:00 / 25 Oktyabr 2026
298
13:50 / 25 Oktyabr 2026
453
13:50 / 25 Oktyabr 2026
88
13:35 / 25 Oktyabr 2026
223
13:18 / 25 Oktyabr 2026
1610
13:05 / 25 Oktyabr 2026
93
12:44 / 25 Oktyabr 2026
805
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.