İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
15 Sentyabr 2026, 20:43
Qaynar xətt:
(+99450) 247 90 86
QARABAĞ
372
19.04.2024, 16:39
“Heç şübhəsiz, biz fərqindəyik ki, büdcə vəsaitələrinin şəffaf və təyinatlı, ünvanlı xərclənməsinin daha da təkmilləşdirilməsi ilə yanaşı, hələ də təəssüf ki, məsələn, qalib ordu üzərində Müdafiə Nazirliyində baş verən, o cümlədən, digər qurumlarda yol verilən pozuntulara qarşı Palata tərəfindən görülən tədbirlər həm də Milli Məclisin siyasi çəkisini, xalq qarşısında mövqeyini gücləndirir və dövlətimizin möhkəmlənməsinə xidmət edir”.
Oxu24.com xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin plenar iclasında bildirib.
Deputat qeyd edib ki, şəffaflıq və hesabatlılıq üçün vahid büdcə siyasətinin həyata keçirilməsi o qədər də asan deyil: “Qarabağa Böyük Qayıdış proqramına yönələn 12 milyardlıq vəsaitin şəffaf xərclənməsi ətrafında sosial mediada çoxlu spekulyasiyalar var. Lakin hamı nəzərə almalıdır ki, son 4 ildə dövlətin həmin bölgələrdə həyata keçirdiyi tədbirlər-məsələn, Zod yatağı ətrafında infransrukturdan yeni qazandığımız sərhədlərə qədər müvafiq hərbi-silahlı qüvvələrin yerləşdirilməsi və nəhayət, Laçında buraxalış məntəqəsi də daxil, əgər “Dövlət satılanalmaları” haqda qanunun tələbləri gözlənilsəydi, onda Qarabağda hazırki bütövlüyümüz təmin olunmazdı, çünki orada görülən quruculuq və inşaat işləri zaman gözləmir, digər tərəfdən onlar da hərbi-təhlükəsizlik məqsədlərimizə xidmət edir. Yəni, bir mənbədən satınalma üzrə vəsaitlərin Qarabağda xüsusi olaraq, əvvəlki illərdə xərclənməsi əsla onların maliyyə auditindən, uyğunluq, yaxud səmərəlilik üzrə yoxlamalardan kənarda qalması demək deyil. Artıq bütün azad torpaqlarda görülən işlər dövlət satınalmaları üzrə yeni qanuna uyğun aparılır, digər tərəfdən bizdə olan məlumata görə Palata Qarabağda bir sıra investisiya layihələri ilə geniş audit tədbirini həyata keçirir. Ümidvarıq ki, hər bir iş adamı azad torpaqları müqəddəs məkan kimi qəbul edib yüksək biznes əxlaqı nümayiş etdirəcək”.
Z.Oruc vurğulayıb ki, cəmi 134 əməkdaşdan ibarət olan Hesabalama Palatasının 36 milyardlıq büdcəni əhatə etməsi qeyri-mümkündür: “Bəli, Gürcüstanda müvafiq qurumda 342, Ermənistanda 204, Rusiyada 1007 nəfər əməkdaş çalışır. Üstəlik nəzərə almalıyıq ki, sözügedən ölkələrin büdcə rəqəmi bizimlə müqayisədə daha aşağıdır. Ona görə Palatanın ştat kontingentinin artırılmasını təklif edirik”. (Qafqazinfo)
17:36 / 16 Sentyabr 2026
1
17:33 / 16 Sentyabr 2026
14
17:01 / 16 Sentyabr 2026
35
16:55 / 16 Sentyabr 2026
72
16:50 / 16 Sentyabr 2026
50
16:48 / 16 Sentyabr 2026
45
16:30 / 16 Sentyabr 2026
96
16:20 / 16 Sentyabr 2026
136
16:08 / 16 Sentyabr 2026
408
16:05 / 16 Sentyabr 2026
69
15:58 / 16 Sentyabr 2026
389
15:50 / 16 Sentyabr 2026
132
15:42 / 16 Sentyabr 2026
91
15:40 / 16 Sentyabr 2026
77
15:37 / 16 Sentyabr 2026
231
15:34 / 16 Sentyabr 2026
72
15:31 / 16 Sentyabr 2026
76
15:27 / 16 Sentyabr 2026
187
15:24 / 16 Sentyabr 2026
316
15:20 / 16 Sentyabr 2026
81
14:55 / 16 Sentyabr 2026
68
14:32 / 16 Sentyabr 2026
213
14:29 / 16 Sentyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.