Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105459
az

Ermənistan XİN-dən 4 kəndin qaytarılacağı tarixlə bağlı AÇIQLAMA

17:4104 Aprel, 2024
133
QARABAĞ
  • A

Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan Tavuşun 4 kəndinin Azərbaycana dəqiq hansı tarixdə qaytarılacağının məlum olmadığını bildirib.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, erməni nazir müavini Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə toxunub.

"Hazırda delimitasiya və demarkasiya ilə bağlı müəyyənlik yoxdur. Bununla bağlı hər hansı digər açıqlama verə bilmərəm. Razılaşma əldə olunarsa, hər iki tərəf müvafiq bəyanatla çıxış edəcək", - o deyib.

Xatırladaq ki, hələ 90-cı illərin əvvəllərində ermənilər Azərbaycan ərazisində yeddi kəndi işğal edib. Onlardan 4-ü - Bğanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax rayonu ərazisindədir.

Daha üç kənd - Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada mina partladı - xəsarət alan var
33 ildən sonra Xankəndində ilk azərbaycanlı körpə doğuldu - FOTO
Qarabağda sülhməramlılara ehtiyac yoxdur - Rusiya Dövlət Dumasının deputatı