Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
90481
az

ŞOK! Vanqanın bu il üçün dediyi hansı təhlükəli hadisə gözlənilir?

22:3307 İyun, 2023
1307
ÖZƏL BÖLÜM
  • A

Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojyanı soyuducu su ilə təmin edən Xerson bölgəsindəki Nova Kaxovka bəndinə edilən hücumdan və bəndin dağılmasından sonra səlahiyyətlilər mümkün nüvə fəlakəti barədə xəbərdarlıq ediblər.

Oxu24.com xarici mediaya  istinadən  xəbər  verir   ki,bu, Balkanların Nostradamusu kimi tanınan Baba Vanqanın 2023-cü il üçün “Böyük elektrik stansiyasında partlayış baş verə bilər” proqnozunu yada saldı.

Covid-19 epidemiyası, 11 sentyabr hücumları, Şahzadə Diananın ölümü və ölməzdən əvvəl Çernobıl fəlakəti kimi hadisələrlə bağlı açıqlamalar verən Baba Vanqa 2023-cü il üçün nüvə fəlakəti də proqnozlaşdırıb.


O, nüvə partlayışının ola biləcəyini proqnozlaşdırıb

1996-cı ildə 75 yaşında vəfat edən Bolqarıstan peyğəmbəri Baba Vanqanın keçmiş açıqlamalarını araşdıran mütəxəssislər məşhur kahin 2023-cü ildə böyük bir atom elektrik stansiyasında partlayacağını bildiriblər.

Atom elektrik stansiyasındakı partlayışın Asiya üzərində zəhərli buludlar əmələ gətirəcəyini təxmin edən Baba Vanqa bölgədəki digər ölkələrin də bu zəhərli qazlardan təsirlənəcəyini bildirib.

İndiyə qədər söylədiyi hər şey gerçəkləşdi! Baba Vanqanın 2023-cü il peyğəmbərliyi də reallaşırmı?

Bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində dünən kritik bir hadisə yaşandı və Ukraynanın cənubundakı Xerson bölgəsindəki əsas bəndlərdən biri olan Nova Kaxovka bəndinə hücum edildi. Bölgədəki suyun səviyyəsi qeyri-adi həddə çatdığı üçün bənd Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojya üçün soyuducu su verirdi. Bənd dağıldıqdan sonra səlahiyyətlilər mümkün nüvə fəlakəti barədə xəbərdarlıq ediblər.

1999-cu ilin avqustunda Baba Vanqanın “Kursk suda qalacaq və bütün dünya ağlayacaq” bəyanatlarından az sonra Rusiyanın “Kursk” nüvə sualtı qayığı batmışdı.

Tərcümə: Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil