Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
86780
az

11 aprel Dığ döyüşü nədən baş verdi-SƏBƏBLƏR...

16:0412 Aprel, 2023
672
ÖZƏL BÖLÜM
  • A

Bütün dünya gördü ki, Azərbaycanın mərd oğulları gözlərini qırpmadan qarğa-quzğun içərisinə girdilər, torpaqlarımızın bir parçası olan ünvanda düşməni sözlə başa salmağa çalışdılar. Ancaq sözlə danışmaq mümkün olmadı, necə ki, Xankəndidəki separatçılarla uzun müddətdir normal danışmaq, nəticə əldə etmək mümkün olmur. Gorus tərəfdəki alçaq düşmən bu dəfə də silaha əl atdı və nəticədə itkilər oldu hər iki tərəfdən.

Ermənistanın itkiləri və ölümcül vəziyyətdə olan yaralıları çoxdur. Amma hamısı bizim bir igidimizin dırnağına dəyməz! Bəli, Vətən torpağı şəhidlərin qanı ilə suvarılanda torpaq olur. 

Oğullar Vətənin sipəridirlər, bu yolda şəhidlik də var, qazilik də. Son illərdə bunu daha əminliklə deyirik. Kaş ki, fotosuna belə baxa bilmədiyimiz Vidadi Zeynalovun övladı kimi balalar yetim qalmayaydı, ürəklər dağlanmayaydı. Şəhid gizirimiz Elşad Həsənovun toyu az öncə olmuşdu.  Ağstafa torpağı övladını qoynuna aldı. 25 yaşlı müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçumuz Səbuhi Tağıyev Şahbuz rayonunun Badamlı qəsəbəsində torpağa əmanət edildi. Şəhid olduğu nöqtədən Şahbuza 25 km-dir. Azərbaycanı yolları bağlamaqda ittiham edən alçaq düşmən nə Şahbuz yolunu açır, nə Zəngəzur dəhlizini, şəhidlərimizi də Naxçıvana hava yolu ilə uğurlayırıq...

Bundan əvvəlki qanlı təxribat martın 5-də, Xankəndi-Xəlfəli yolunda baş vermişdi, rusların gözləri qarşısında. Növbətisini gözləyirdik, xüsusilə də Azərbaycan ordusunun mövqelər qurduğu, dinc şəkildə sərhəd dəqiqləşməsi apardığı sərhəd bölgəsində. Bəzi qüvvələrə bu dinclik, “məxməri” şəkildə həyata keçirilən delimitasiya-demarkasiya lazım deyildi, onlara içməyə qan lazım idi, odur ki, 11 apreldə məqsədlərinə çatdılar.

Azərbaycan əsgərinin savaş istəmədiyi, qan tökülməsində maraqlı olmadığını elə ermənilərin tirajladığı kadrlar təsdiqləyir: hərbçilərimiz tankla, zirehli maşınla yox, Pikap avtomobili ilə erməni hərbçilərə yaxınlaşırlar. İstisna deyil ki, sərhədlərin hələ rəsmi qurumlar tərəfindən dəqiqləşdirilmədiyi ərazidə ekskavatorla səngərlərin qazılmaması xəbərdarlığını ediblər və qarşılığında erməni canilər silaha əl atıb. Azərbaycan əsgəri istəsə, ermənilərin qanunsuz istehkam qurduğu yerə bir-iki qumbaraatan tolazlayar, məsələni “nöqtəli zərbə” ilə həll edərdi. Hələ “İtiqovanlar”dan danışmıram.

Bəli, gözlənilirdi. Son günlər erməni radikallar Azərbaycan əsgərinin olduğu nöqtələrə doğru “yürüşlər” edir, kənd sakinləri “türklər başımızın üstündə dayanıb, rahat yata bilmirik”-şivəni salmışdılar, Ermənistanın rəsmi, qeyri-rəsmi bütün qurumları, şəxsləri Azərbaycan ordusunu mövqelərini “irəli çəkməkdə” ittiham edirdilər, beynəlxalq aləmə çağırtı-çığırtıların sayı-hesabı yox idi. Bütün bunların yekununda Azərbaycan ordusuna qarşı törədiləcək təxribatlara “haqq qazandırmaq” niyyəti var idi.

Azərbaycan əsgəri yayınmaq istəsəydi belə, 11 apreldə olmasa, növbəti günlərdə Dığ döyüşü baş verəcəkdi, bunu təkcə ermənilər istəmirdilər...
7b210e30ffd2f011663057203.jpg (112 KB)

Belə bir toqquşmanın baş verməsində maraqlı olan qüvvələr az deyildi. Onların nəzərincə, təki qan tökülsün, öz mövcudluqlarını nümayiş etdirmək, tərəflərə “narahatıq, toqquşmaları dayandırın, gəlin, bizim paytaxtda danışın”-kimi şablonlarla müraciət etmək fürsəti yaransın. Onların özlərini realizə etmək nöqtəsidir axı belə toqquşma ünvanları. Gizli şəkildə stimul verirdilər Ermənistana. Əks təqdirdə İrəvanda oturanlar belə bir toqquşmaya cürət etməzdilər. Necə ki, Azərbaycan əsgəri Gorusun Dığ kəndi istiqamətindəki tarixi ərazilərimizə bayraq sancanda, erməni hərbçilər “quyruqlarını bellərinə sıxıb” sakitcə itilmişdilər...Amma bu dəfə onlarla danışığa gələn Azərbaycan hərbçilərinə qarşı silah qaldırdılar, tətiyi çəkdilər.

Bu təxribatdan iki gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşmüşdü. Görüşün əsas müzakirə mövzusu nə olub? Bəllidir. Ermənistanın sərhədlərini özünün “qırmızısı” hesab edən ölkədə başqa nə danışıla bilərdi? 11 aprel təxribatı baş verən gün İran PUA-ları ilə bağlı yayılan məlumatlar, hətta ermənilərin İrandan aldıqları yardımla bağlı etirafları bütün qaranlıqlara işıq salır. Budəfəki qanı salan həm də Şamxanidir, bunu ermənilər də anlasa, çox yaxşı olar!

Ötən yazılarımızdan birində İranın Ermənistana raketlər ötürməsi ilə bağlı məlumatlara istinad edərək ABŞ və Avropanın niyə bu kimi faktlara seyrçi qalması barədə suallar ünvanlamışdıq. Böyük oyunçular görünür belə “kiçik” faktlarla qanlarını qaraltmaq istəmirlər, amma nəticədə belə toqquşmalar baş verir.

Ermənistanın cəzalandırılması bu məqamda Rusiyaya da lazım idi. Odur ki, 11 aprel toqquşmasına hələ də Moskvadan reaksiya yoxdur. Səbəbini deyək: ABŞ Ordusunun Avropa Komandanlığının qərargah rəisinin müavini, briqada generalı Patrik Ellisin başçılıq etdiyi nümayəndə heyəti aprelin 5-dən 7-dək Ermənistanda səfərdə oldu. İrəvan xəbər yaydı ki, Patrik Ellis Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ilə şəxsi heyətin hazırlanması, birgə təlimlərin keçirilməsi, təcrübə və bilik mübadiləsi imkanlarını müzakirə edib. Bu, sıradan məsələdirmi? Xeyir! Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ermənistanın “Defender 23” təlimlərində iştirak edən ölkələr siyahısına daxil etmişdi. Rusiyanın sərt reaksiyasından sonra Ermənistan geri çəkildi və ad siyahıdan silindi. Amma ardınca amerikan general İrəvana gəldi. Özü də Rusiyanın 5 minlik hərbi bazasının olduğu ölkənin ordusunu yenidən qurmağa! Moskva bunu sakitmi qarşılayacaqdı? Təbii ki, yox. Ona görə də Ermənistan ordusundakı “5-ci kolon”a 11 apreldə silaha əl atmaq əmri verildi...Budur, Paşinyana qarşı növbəti etirazlar başlayır, Rusiyanın hədəfi Xankəndidə saxladığı Ruben Vardanyanı Laçın yolu ilə İrəvana, hakimiyyətə aparmaqdır...Təxribatlar isə Paşinyanın mövqeyini zəiflədir...

 

Rusiyanı qıcıqlandıran təkcə Putin haqqında İrəvanda çıxarılan həbs qərarı deyil...10 noyabrda Ermənistanın müdafiə naziri Papikyan başının dəstəsi ilə Brüsselə səfər etmişdi, işgüzar səfərə. Rusiya Papikyanın burnundan gətirdi öz düşmənləri ilə münasibətlər qurmasını, erməni nazir səfərini yarımçıq qoyub, geri qayıtdı.

Belə, baş verənlər görünənlərdir, səhnənin o üzündə çeşidli təxribatlar hazırlanır, böyük oyunçular böyük oyunlar qururlar. Təsadüfi deyildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini Ermənistanın ötən gün törətdiyi təxribat barədə məlumatlandırarkən bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu bildirdi...

Allah şəhidlərimizə rəhmət eləsin və ordumuzu qorusun! İnanırıq ki, qüdrətli Azərbaycan dövləti bütün bu xain planların qarşılığında qalib olacaq, ordumuz bayrağımızı sərhədimizdə və bütün Qarabağ boyunca dalğalandıracaq!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil