Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
85336
az

Dünyasını dəyişən Oqtay Əliyev kimdir?

12:3423 Mart, 2023
524
ÖZƏL BÖLÜM
  • A

Xəbər verdiyimiz kimi, bu gün “SOY” prodakşının rəhbəri Oqtay Əliyev ağır yol qəzasında həyatını itirib.

Bəs O. Əliyev kimdir?

Oxu24.com  əməkdar mədəniyyət işçisi haqqında məlumatları təqdim edir:

Ə. Əliyev 19 iyun 1968-ci ildə İrəvanda anadan olub. Xalq artistləri Vidadi Əliyevin və Elmira İsmayılovanın övladıdır. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylinin isə qardaşıdır.

 

O. Əliyev 1975-1985-ci illər İrəvan şəhəri M.F. Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutunun “kino və dram rejissoru” fakultəsində təhsil alıb.

1983-1985-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor köməkçisi işləyib. 1989-1994-cü illərdə Bakı şəhər Mədəniyyət idarəsində rejissor vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycan televiziyasında “Virtuoz” adlı layihənin prodüseri olub.

 

1990-cı ildə "Ər və arvad" (Mar Bayciyev), "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" (Panço Pançiyev) pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olmuş, ssenarilərini yazıb. 1995-ci ildə A.P. Çexovun "Məmurun ölümü" əsəri əsasında çəkilmiş "Kiçik leytenant" filminin baş prodüseri olub. 1997-ci ildə Space TV-də yayımlanan "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra" verlişlərinin müəllifi və baş prodüseri olub.

 

1998-ci il oktyabr ayının 5-də "SOY" prodakşın şirkətinin təsisçisi və prezidenti olub. 

O. Əliyev Əməkdar artist Dilarə Əliyeva ilə ailə qurub. Onların Aytən və Banu adlı iki qızı var.

O, bu gün  54 yaşında yol qəzasında həlak olub. O. Əliyevin idarə etdiyi “Lexus Lx470” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev dünyasını dəyişmiş, avtomobildə olan Xalq artisti Mehriban Zəki və əməkdar D. Əliyeva yüngül xəsarətlər almışdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi
ADNA-da terror aktı törədilməsindən 15 il ötür
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi