Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
79325
az

Azərbaycan və Türkiyənin möhtəşəm 2025 hədəfi: Ankaradan düşmənləri şok edəcək müjdə 

11:2424 Dekabr, 2022
450
ÖZƏL BÖLÜM
  • A

Azərbaycana dil uzadan çevrələrə “soyuq duş” effektli xəbərdarlıq; hərbi ekspert: “Ordumuz artıq faktiki NATO modelinə keçib...”  

“Məqsədimiz 2025-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrini Türkiyə Silahlı Qüvvələri səviyyəsinə çatdırmaqdır”.

Belə bir açıqlama ilə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar srağagün azərbaycanlı həmkarı Zakir Həsənovla Ankarada görüşdən sonra çıxış edib.

“O zamana qədər Azərbaycan ordusu Türkiyə Silahlı Qüvvələrinin bütün tələb və standartlarına cavab verməlidir. İki ordunun Baş Qərargahları və Müdafiə Nazirliyi davamlı olaraq birgə kollegiyalar keçirəcək. Azərbaycan və Türkiyənin silahlı qüvvələri vahid orqanizmə çevrilir və iki dövlətin qarşısında duran ümumi vəzifə və məqsədləri yerinə yetirəcək”, - deyə qardaş ölkənin naziri əlavə edib.

Azərbaycan və Türkiyənin ortaq vəzifə və hədəfləri əslində Şuşa Bəyannaməsində aydın göstərilib. Bu mənada Akarın açıqlaması hər şeydən öncə Azərbaycana hələ də dil uzadan məkrli çevrələrə daha bir xəbərdarlıq mesajı sayıla bilər.

2025-ci il həm də rəmzi məna daşıyır. Çünki məhz həmin il Rusiya sülhməramlı qüvvələrin Qarabağda qalma müddəti bitəcək və böyük ehtimalla, Bakı müddəti uzatmayacaq. Ona qədər ordumuzun tam olaraq Türkiyə, NATO standartına keçməsi sözsüz ki, bəzi “qaynar başlar” üçün həm də əlavə çəkindirici amil rolu oynayacaq.

Xatırladaq ki, az öncə Azərbaycanın müstəqilliyi dövründə ilk dəfə türkiyəli general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib. Sözsüz ki, bu da 2025-ci il hədəfinin tərkib hissəsidir.

 

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a məsələ ilə bağlı deyib ki, Azərbaycan ordusu addım-addım 2025-ci il hədəfinə doğru irəliləməkdədir: “Azərbaycan Ordusunun Türk - NATO ordusu modelinə keçidi istiqamətində illərdir işlər görülür, mütəmadi olaraq təlimlər keçirilir. Belə təlimlərin bir elementi də ondan ibarətdir ki, Azərbaycan Ordusu Türkiyə sisteminə uyğunlaşdırılsın. Yəni bu cür təlimlər təkcə bu günə hesablanmış təlimlər deyil.

Artıq Azərbaycan Ordusu da NATO modelinə keçib. Ali Baş Komandan tərəfindən yeni ştat təsdiq olunub. Baş Qərargahın yeni strukturu təsdiq olunub. Xeyli işlər görülüb. Azərbaycan Ordusu NATO ordusu tipli modern orduya sahibdir. Bu iş davamlı aparılır.

Hər 2 ölkənin liderlərinin birgə qarşıya qoyduğu tələblər var ki, Türkiyə ilə Azərbaycanın bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığı ən yüksək səviyyədə olmalıdır. Şuşa bəyannaməsi də bunu deməyə əsas verir. Uzun müddətdir  Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilir. Bütün qoşun növləri üzrə, həm quru qoşunları, həm hava hücumundan müdafiə sistemləri, həm digər qoşun növlərinin birgə hərbi təlimləri həyata keçirilir. Bu hərbi təlimlərdə çox yüksək nəticələr əldə edilib və edilir.

Türkiyə ordusu dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan ordusu da öz peşəkarlığını ilbəil artırır. Vətən müharibəsi də bir daha bunu sübut etdi ki, ordumuzun böyük təcrübəsi var. Bu təcrübənin əldə edilməsində Türkiyə ordusu ilə birgə keçirilən təlimlərin müstəsna əhəmiyyəti var. Qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilir.

Cənab Prezident qarşıya tələb qoyub və bu tələbə uyğun olaraq ordumuz Türkiyə ordusu modelinə keçir. Ona görə də qısa zamanda buna nail olunacaq. Bu istiqamətdə işlər başlayıb. Ştat, struktur müəyyənləşdirilib və Azərbaycan Prezidentinin qarşıya qoyduğu məqsəd tam reallaşdırılacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəhşətli qətl: azərbaycanlı iş adamı oğlu tərəfindən döyülərək öldürüldü