Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78206
az

Prezidentin əfv etdiyi jurnalist müraciət etdi: \"Məni tutmaq istəyirlər\" (VİDEO)

23:1607 Dekabr, 2022
2176
  • A

Müstəqil jurnalist,"Region xəbərləri.com"  saytının rəhbəri  jurnalist Fuad Hüseynov  ölkə başçısına və güc strukturlarına müraciət ünvanlayıb.

Oxu24.com xəbər verir  ki, jurnalist müraciətində iddia edib ki,yaşadığı və faəliyyət göstərdiyi rayonda bir sıra rəhbər şəxslər birləşərək onun həbsinə hazırlıq görür.

Jurnalist müraciətində bildirib ki,Ucar Rayon Xəstəxanasının baş həkimi Zeynal Bayramlı ona zəng edərək müəmmalı görüşə çağırır. Jurnalist iddia edir ki, baş həkimin onu görüşə çağırmasında məqsədi əvvəlcədən qurulmuş plana əsasən onun həbs edilməsidir.

Jurnalist ölkə Prezidentindən,Baş prokurorluqdan və Daxili İşlər Nazirliyindən kömək istəyib.O,bildirib ki,rayon rəhbərliyinin başçılığı ilə onun həbsi planı hazırlanıb.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Fuad Hüseynov Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilən xuliqanlıq) maddəsi ilə təqsirli bilinib, 2011-ci il sentyabrın 26-da Gəncənin Nizami Rayon Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi. Prezident İlham Əliyevin 26 may 2014-cü il tarixində imzaladığı Əfv sərəncamı ilə azadlığa buraxılıb.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Jurnalistin video müraciətini təqdim edirik:

 

 

Aynur Məcidova

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi