Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
77317
az

Putin İrəvanda - Paşinyan “rus NATO”sunu Bakıya qarşı qoya bildimi...

11:1224 Noyabr, 2022
103
ÖZƏL BÖLÜM
  • A

KTMT Ermənistana yardım vəd etdi, təlimlərə başlanacağını açıqladı, ekspertlərin fikrincə, təşkilatın missiya qrupu Aİ kimi bölgəyə yerləşə bilər
Məlumdur ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edib. “Yeni Müsavat” bildirir ki, o, noyabrın 23-də İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün İrəvanda idi. İrəvanın Putindən başqa da qonaqları vardı: Kollektiv Təhlükəsizlik Şurasının tədbirində Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon və KTMT-nin baş katibi Stanislav Zas da iştirak edəcəklər. Erməni əsilli Rusiya xarici işlər naziri Sergey Lavrov isə hələ noyabrın 22-dən etibarən Ermənistanın paytaxtındadır. Bu qədər adamın məhz İrəvanda toplanmasının isə öz səbəbi var - hazırda KTMT-yə rotasiya qaydasında Ermənistan sədrlik edir. Məsələnin formal cəhətlərinə baxmayaraq, istənilən halda düşmən ölkənin paytaxtına bu qədər dövlət başçısının toplanması və onların da içərisində Putinin olması narahatlıq yaradır.

Çünki Ermənistan və onun hiyləgər lideri Paşinyan hər zaman çalışıb ki, KTMT platformasından Azərbaycana qarşı istifadə etsin. Elə çox uzağa getməyək, bir müddət öncə - sentyabrın ortalarında Ermənistan Azərbaycanın onun ərazilərinə guya təcavüz etməsi iddiası ilə KTMT-dən yardım istədi, ancaq hiyləsi baş tutmadı.

Belə bir cəhdin yenidən edilməyəcəyinə, ən azından, bu tribunadan Azərbaycana qarşı açıqlama və bəyanatlarda istifadə olunmayacağına şübhə yoxdur. Üstəlik, bəllidir ki, KTMT çərçivəsində görüşlər zamanı Azərbaycan-Ermənistan münasibətləri, sərhədlərin delimitasiyası, sülh müqaviləsi məsələsi də müzakirə predmeti olacaq. Doğrudur, Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, KTMT-də Azərbaycanın dostları çoxdur və ötən nümunələrdə də olduğu kimi, Paşinyanın cavabını ciddi şəkildə verirlər. Bu dəfə də mütləqdir ki, KTMT-dəki Azərbaycan dostları balansı qorumağa çalışacaq, Ermənistan baş nazirinin ağ eləməsinə, aşırı həyasızlığına imkan verməyəcəklər... 

KTMT-nin bu komitəsinin iclası İrəvanda keçiriləcək

KTMT-nin İrəvanda keçirilən toplantısında 24 adda sənəd imzalanıb. Bu barədə KTMT-nin baş katibi Stanislav Zas məlumat verib. İclası giriş sözü ilə açan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “KTMT-də konstruktiv və açıq fikir mübadiləsinə uyğun olaraq beynəlxalq və regional təhlükəsizlik sahəsində mövcud vəziyyəti təhlil edib qiymətləndirə biləcəklərini gözlədiklərini” açıqlayıb. Onun sözlərinə görə, gündəm kifayət qədər zəngindir, qəbul ediləcək məsələlərin sırasına həm siyasi məsələlər, həm müdafiə aspektli, həm də təhlükəsizlik problemləri daxildir".

İclasın gündəliyini KTMT-nin baş katibi Stanislav Zas təqdim edib. Baş katib bildirib ki, iclas iştirakçılarından 24 sənədin razılaşdırılması və imzalanması tələb olunacaq. Sənədlər noyabrın 21-də və 22-də onu hazırlayan komissiyaların prosedurlarından keçib. Görüş zamanı hərbi-siyasi vəziyyətin müzakirəsi təklif olunub. Zas deyib ki, Ermənistana yardım göstərilməsi ilə bağlı qərar layihəsi KTMT çərçivəsində razılaşdırılıb. Zas qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində gərginlik qalmaqdadır. Daxil olan məlumatlar təsdiqləyir ki, atışmalar demək olar ki, hər gün baş verir. “Bu ilin may, sentyabr və oktyabr aylarında Kollektiv Təhlükəsizlik Şurasının üç sessiyası təhdidlərin müzakirəsinə həsr olunub. Biz Ermənistana yardımın göstərilməsi ilə bağlı birgə tədbirlər haqqında qərar layihəsini razılaşdırdıq. Sənədlər tərəflərin, KTMT-nin monitorinq missiyasının rəy və təklifləri əsasında hazırlanıb”, - deyə o bildirib. Eyni zamanda Zas vurğulayıb ki, Ermənistan hökuməti və digər iştirakçıların sülh sazişinin bağlanması, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların blokadadan çıxarılması istiqamətində səyləri Qafqaz regionunda müsbət rol oynayır. Onun sözlərinə görə, KTMT yaxın zamanda taktiki və xüsusi təlimlər həyata keçirəcək. O bildirib ki, təlimlər planına sülhməramlılıq, terrorizmlə mübarizə, böhran və fövqəladə hallara cavab tədbirləri daxildir. “KTMT arsenalında terrorçuluq və ekstemizmə, qanunsuz miqrasiya və narkotiklərin dövriyyəsinə qarşı effektiv mexanizmlər yaradılıb və onlar təkmilləşdirilir”.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Siyasi ekspert Asif Nərimanlının sözlərinə görə, Ermənistan bu gün İrəvanda keçirilən, Putinin də iştirak etdiyi KTMT-nin sammitində Azərbaycana qarşı cəbhə yaratmağı planlaşdırır: “KTMT-nin böhranlı vəziyyətlərə reaksiya mexanizminin təkmilləşdirilməsi, sərhəddəki sentyabr hadisələri üzərindən təşkilatın Azərbaycana qarşı mövqe sərgiləməsi, iclasdan öncə İrəvanda Putinin səfərinə etiraz olaraq keçirilən aksiya da Paşinyanın Rusiya Prezidentinə "erməni xalqı sizdən cavab gözləyir" mesajını vermək, bununla sammitdə istəyinə nail olmaq gedişidir. Hərçənd KTMT-nin Bakıya qarşı İrəvanın istədiyi mövqeyi sərgiləcəyi gözləntisi azdır, bu, təkcə təşkilat üzvlərinin Azərbaycanla münasibətlərindən yox, həm də Rusiyanın prosesdə tərəf olmaq istəməməsindən irəli gəlir. Mümkün gözlənti KTMT-nin sərhədə “müşahidə missiyası” göndərməsi haqda məsələnin müzakirəsidir: Moskva ötən ay bunu dəstəklədiklərini, təşkilatın qərar verməsindən sonra gerçəkləşə biləcəyini açıqlamışdı. Birincisi, Aİ-nin monitorinq missiyasının bölgəyə gəlişinə qarşı gediş etmək və sərhəd məsələsində dəyişən balansı bərpa etmək; İkincisi, Bakıya qarşı cəbhə almadan Ermənistanı razı salmaq. Putinin dünən Əliyevə zəngində də bu məsələnin müzakirə edildiyi ehtimalı var. Missiyanın göndərilməsi qərarı verilərsə, qüvvələr Azərbaycan yox, Ermənistan ərazisində yerləşə, müşahidəni oradan apara bilər, Aİ-nin monitorinq qrupu kimi".

Ekspertin fikrincə, KTMT-nin müşahidə missiyasının Ermənistana gəlməsi Qərb missiyalarını bölgəyə gətirən Paşinyanın planına tam cavab vermir: “İrəvan bu prosesdən Bakıya qarşı cəbhəni yaratmaqla yanaşı, mənfi cavabdan istifadə edərək, Qərblə yaxınlaşmaq qapısını daha da aralamaq üçün istifadə edir. Ermənistan KTMT-nin müşahidə missiyası qarşılığında təşkilatın Azərbaycana qarşı mövqe sərgiləməsi şərtini irəli sürə bilər. Ki, bu da Moskvanın mövqeyi ilə üs-üstə düşmür. Bu baxımdan, sammitdən nəticə əldə olunacağı sual altındadır”.

Siyasi təhlilçi Əziz Əlibəylinin fikrincə, mövqelərimizin intensiv atəşə tutulması səbəbsiz deyil, bu dəfə genişmiqyaslı antiterror əməliyyatı həyata keçiriləcək: “Ələ keçirilən terrorçular mühakimə ediləcək. Qaldı İrəvana... Bu baş verənlərin hamısı Putinin İrəvana səfərinə görə hazırlanmış ssenaridir. KTMT isə artıq Ermənistanın üzv olduğu kollektiv təhlükəsizlik təşkilatı deyil, Azərbaycanın dostlarının düşərgəsidir. Üçüncü savaş beləcə qaçılmazdır, zəruridir və sülh müqaviləsini də özü ilə gətirəcək, Qarabağdakı terrorçu varlığını bitirəcək. Ona görə Putin Əliyevə zəng edib”.

Siyasi şərhçi İlkin Həsənov hesab edir ki, Putin İrəvan səfəri öncəsi Əliyevə zəng edirsə, onu deməyə əsas verir ki, ortada ortaq məxrəcə gəlinməyən bir məsələ var: “İndiki halda Qarabağın statusu ilə bağlı bir qərara gəlinəcəyi inandırıcı deyil. Çünki Rusiya tərəfi Qarabağın status məsələsində güzəştə getmək istəmir. Ancaq Zəngəzur dəhlizi ilə bağlı, hesab edirəm ki, hər hansı irəliləyişin olma ehtimalı böyükdür. Demirəm ki, dəhlizlə bağlı müqavilə bağlanacaq. Sadəcə olaraq, tərəflər müəyyən məsələlərdə razılığa gələcəklər. Çünki Zəngəzur dəhlizinin açılması İrəvandan çox Rusiyanın razılığından asılıdır”.

Stanislav V. ZAS

Onu da nəzərə çatdıraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Başı katibi Stanislav Zasın 3 illik səlahiyyət müddəti bitir.

Azpost.info bildirir ki, bunu KTMT-nin İrəvanda keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, 2023-cü ildən onu bu postda Qazaxıstanın Rusiyadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri İmanqali Tasmaqambetov əvəz edəcək.

“Stanislav Zas KTMT-nin Baş katibi kimi üç illik fəaliyyətini başa vurur. Mən ona görülən işlərə görə təşəkkür etmək istəyirəm. 2023-cü ilin əvvəlindən KTMT-nin Baş katibi vəzifəsini Qazaxıstanın nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək”, - Paşinyan bildirib.(musavat)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı