Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73704
az

Sərhəddəki son təxribatların səbəbi BƏLLİ OLDU - AÇIQLAMA

10:4113 Sentyabr, 2022
1753
ÖZƏL BÖLÜM
  • A
"Azərbaycan Ordusu birmənalı şəkildə mövqeləri ələ keçirməklə ermənilərin atəş nöqtələrini məhv edib".
 
Bunu  millət vəkili Arzu Nağıyev bildirib. 
 
 
 
"Artıq Ermənistan rəhbərliyi Rusiya Prezidentinə zənglər edir, proseslərin dayandırılması üçün çağırışlar edir.Təxribatçı tərəf Ermənistan olsa da özləri müxtəlif dövlətlərə çağırış edərək prosesi dayandırmaq istəyirlər. Bu təxribatlar artıq bir aya yaxındır ki, sərhəd istiqamətində davam edir. Təxribatların əsas məqsədi delimitasiya və demarkasiya prosesini pozmaq, nə olursa olsun, satatus-kvonu saxlamaqdan ibarətdir. Ermənistan KTMT üzvü olmaqla müxtəlif dövlətləri yenidən bu prosesə cəlb etmək, öz missiyasını başa vurmuş ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenidən bərpa etdirmək niyyəti də var". 
 
Deputat təxribatların Ermənistanın daxili və xarici siyasətindən qaynaqlandığını da vurğulayıb:
 
"İstər Brüsseldə, istər Rusiyada olan görüşlər çərçivəsində atılan addımlar ermənilərin xislətini ortaya qoyur, sülhdən yayınma istəyini göstərir. Bu isə Ermənistanın həm daxili, həm də xarici siyasətindən irəli gəlir. Daxildə Paşinyan hakimiyyəti ilə razılaşma yoxdur, həm də Qarabağ klanı yenidən dirçəlməyə başlayır. Onlar çalışır ki, nəyin bahasına olursa olsun, baş verən proseslərdə Paşinyanı günahlandırsınlar. Paşinyanın isə cinayətkarların həbsi ilə bağlı addımlar atması da bu məsələdə özünü göstərməkdədir. Yəni Paşinyan öz vətəndaşlarının diqqətini yayındırmaq niyyətindədir. Lakin Azərbaycan ordusu öz yerindədir və gücünü göstərməkdə davam edir".
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı