Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71507
az

Azərbaycanda şok təyinat: Nazir 23 yaşlı qızı şöbə müdiri təyin etdi

14:0001 İyul, 2022
19364
ÖZƏL BÖLÜM
  • A
Xarici İşlər Nazirliyində yüksək vəzifəyə gözlənilməz təyinat baş verib.
 
Oxu24.com  xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirlikdə 1998-ci il təvəllüdlü xanım Maliyyə İdarəsində şöbə müdiri təyin edilib. Həmin şəxs ölkənin ali məktəblərindən birini bitirib, sonra isə Ədliyyə Nazirliyində və Hilton otelində təcrübə keçib. Həmçinin,  gənclərdə liderlik qabiliyyətlərinin inkişafı üzrə ixtisaslaşmış beynəlxalq QHT-nin təlimlərinə qatılıb. 
 
Yeni şöbə müdiri bir ilə yaxındır ki, XİN-də Maliyyə idarəsində işləyir. İşə əvvəlcə məsləhətçi kimi başlayıb, sonra isə şöbə müdiri təyin edilib. Aydındır ki, gənc bir xanımın qısa zamanda maliyyə sahəsində hər hansı təcrübəyə sahiblənməsini iddia etməyin özü də əsassız olar. 
 
Məlumdur ki, XİN ölkənin aparıcı nazirliklərindən biri, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkənin xarici siyasətini formalaşdıran bir qurumdur və bu sistemdə işə qəbul olunmaq digər qurumlardan fərqli olaraq, ən çətin prosedurlardan biri sayılır. Mütəxəssislər on illərlə burada can qoyurlar ki, karyera pillələri ilə yüksəlsinlər və məlum bir mövqeyə qalxsınlar. 
 
Yeri gəlmişkən, maliyyə idarəsi də nazirliyin ən problemli strukturu olub və orada nizam-intizam yaratmaq üçün böyük güc sərf olunub. Amma məqsədə nail olunubmu? 23 yaşlı heç bir təcrübəsi olmayan şəxsin şöbə müdiri vəzifəsinə təyin edilməsi bu suala müsbət cavab verməyə  heç bir əsas yaratmır. Bu arada həmin gənc xanımın kimliyi redaksiyaya bəlli olsa da, etik səbəblərdən adını açıqlamırıq. Burada məqsəd qadının kimliyi deyil, bu vəzifəyə həyata keçirilən təyinatdır.
 
Prezident İlham Əliyevin kadr islahatlarının əsas istiqamətlərindən birini də  gənclərin dövlət idarəçiliyinə yaxından cəlb edilməsi təşkil edir. Amma bu o demək deyil ki, dünən ali məktəbi bitirmiş, heç bir həyat yolu, iş təcrübəsi olmayan insanlar mühüm vəzifələrə təyin olunsunlar. Belə təyinatlar uzun illərdir yüksəliş gözləyən əməkdaşları qıcıqlandırmır, həmin strukturda narazılıq yaratmır? Əlbəttə yaradır və bizdə olan məlumat da bunu təsdiq edir. Bəs onda niyə belə  anlaşılmaz addımlara yol verilir? Bu sual ətrafında düşünməyə dəyər...
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Meyiti tapılanda qolunda şpris qalıbmış - ŞOK DETAL
Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi