Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71504
az

Erotik səhnəyə çəkildi, dəlixanaya salındı – Rasim Balayev  haqqında bilmədiklərimiz

13:3801 İyul, 2022
491
ÖZƏL BÖLÜM
  • A

Bir zamanların ən sevimli kişi obrazı, ən məşhur aktyorundan danışırıq. Biri var, Azərbaycanda ən çox qəhrman obrazlarına çəkilən və çəkildikcə də işinin öhdəsindən uğurla gələrək yeni üfiqlər kəşf edən Rasim Balayev...

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Ailənin böyüyü Rasim boyca hündür olsa da çəlimsizin biri idi, hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, 5 yaşında artıq əlifbanı bilir, 6 yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. Ona görə də valideynləri qərara gəlirlər ki, Rasimi 6 yaşından məktəbə göndərsinlər. O vaxt qanunla hamı 7 yaşda getməli idi məktəbə, onu götürmək istəmədilər. Atasının partiya fəalı olması işə yarayır bu yerdə.

 “Nədənsə mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım onun xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü, aramızda səhnələşdirilmiş kimi oxuyurduq əsəri. O vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi”.


 1965-ci ildə Ağsuda orta məktəbi bitirir. Rac Kapurun o vaxt bütün Sovet ölkələrnə yayılan filmləri Rasimdə bu sənətə maraq oyatmışdı, bütün günü dostları üçün Rac Kapurun rollarını oynayardı.1965-ci ildə mədəniyyət və incəsənət universitetinə daxil olur. 
Üçüncü kursda oxuyanda bərk soyuqlayır. Qış sessiyası öncəsi rayona gedir ki, anası onu sağaltsın. Ancaq soyuqdəyməsi keçmir. Rayonda bir dostu ilə Ağsu xəstəxanasına yollanırlar. Xəstəxananın həyətində bir gənc oğlanla dostunun sözü düz gəlmir, dalaşmalı olurlar. Rasim də təbii ki, dostuna kömək etməyə çalışır və dava böyüyür. Onları tutub milis məntəqəsinə gətirirlər. Bu dava isə həmin dövrdə xırda xuliqanlığa az qala terrorizm qədər cəza kəsildiyi dövrə təsadüf edir. Sovet milisi xuliqanlığa görə Rasimi həbs edir. Rasim həbsdəki günlərini danışır: “100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə bütöv bir həyat dərsi oldu. Çox burnu yuxarı idim, həyat mənim üçün əyləncə idi elə bil. Həbsxana həyatı göstərdi ki, əslində həyat nədir”.
1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb.

 "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynayıb. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.
Rasim Balayev sevdiyi əmisi qızı ilə evlənmişdi, işləyirdi. Bakıda bir erməninin evində kirayədə yaşayırdılar. Bir gün atasının ölüm xəbərini alır. 1972-ci ildə sarsıntı, əziyyət o həddə çatır ki, Rasim xəstəxanaya düşür. Həmin vaxt onun ikinci oğlu dünyaya gəlir. Rasim xəstəxanadan xəbər göndərir ki, adını Asim qoyun, ölsəm yalnız “R” hərfini adın əvvəlinə əlavə edərsiniz. Depressiya onu çox pis hala salmışdı.

Bir dəfə Moskvada, kino festivalı vaxtı Rasim Balayev köşklərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbaycandan gedən başqa sənətkarlar da görüb Rasimə deyirlər ki, öz şəklindən birini də özün al. Rasim elə bilir zarafat eləyirlər onunla, cavab verir ki, hə, mənə yaman oxşayır. Yaxınlaşıb köşkdən şəkli alır və baxır ki, arxasında Rasim Balayev və onun haqqında məlumat yazılıb. O vaxt aktyor hələ öz məşhurluğunun fərqində belə deyilmiş.
Rasim Balayev Azərbaycanda irili xırdalı 200-ə yaxın filmə çəkilib. Bu filmlərdən biri Azərbaycanda çox məşhurluq qazanmasa da, ölkəmizə ilk ən böyük uğuru qazandıran, beynəlxalq festivalda ilk Qran-pri alan Ayaz Salayevin Yarasa filmidir. Rasim Balayev filmdə baş rollardan birini ifa edir. Filmdə ənənəvi tamaşaçı gözüylə baxsaq, diqqət çəkən səhnələrdən biri də öpüşmə səhnəsidir. Xalq artisti Ağabəy obrazında Turan obrazında oynayan belarus aktrisa Mariya Lipkina ilə öpüşür...

Ümumittifaq, beynəlxalq kino festivallarının iştirakçısı kimi Rasim Balayev az qala dünyanın yarısını gəzib. Uşaqlıq kumiri Rac Kapurla bir səhnədə mükafat alıb.

Ən yaxşı kişi roluna görə nominasiyanın qalibi oldu. Ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə alıb.
Bu gün Azərbaycanda aktyor deyəndə göz önünə ilk gələn adamlardandır və yəqin ki, hələ uzun illər də belə davam edəcək. Hazırda isə bizim Rasim Balayevə arzulayacağımız tək şey qalıb: Sağlamqlıq...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO