Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
385
08.06.2022, 21:15
“Laçında rus sülhməramlılarının yaratdığı problem yurdlarımıza gedib-qayıdanlara ciddi mane olur”.
Modern.az-ın məlumatına görə, bunu nəqliyyat məsələləri üzrə tanınmış ekspert, əslən Laçından olan hüquqşünas Ərşad Hüseynov bildirib.
“İki ay bundan əvvələ qədər sülhməramlılar sadəcə onların "müvəqqəti nəzarət zonası"ndan keçərkən bizi müşayiət edirdilər, uzaq başı kənardan maşınlarımıza baxırdılar ki, nə var, nə yoxdu.
Son vaxtlar isə maşınların hər yerinə baxmağa, yukləri bir-bir yoxlamağa, zənbillərə, bağlamalara da baxmağa başlayıblar. Bunu hər iki istiqamətdə gedəndə edirlər. Nəticədə insanlarımız xeyli vaxt itirirlər, çətin dağ yolu üçün qablaşdırdıqları yükləri dağıtmağa məcbur olurlar və s.”, - Ə.Hüseynov deyib.
Hüquqşünasın sözlərinə görə, yurdlarımıza heyvandarlıq və arı təsərrüfatlarının qayıtmağa başladığı indiki vaxtda bu özbaşınalıq lap ciddi problemə çevrilib.
“Təsəvvür edin ki, həmin "yoxlama" səbəbindən arı pətəkləri və ya mal-qara dolu maşınlar saatlarla günün altında qalıb gözləyir. Bu səbəbdən itkilər (mal-qara və arıların tələf olması) də var.
Düşünürəm ki, sülhməramlıların bu yeniliyi camaatımızın yurdlara dönüşünə süni əngəl yaratmaqdır. Ona görə də təcili olaraq dövlət qurumlarımız bunun qarşısını almalıdırlar.
Həmçinin oxuyun
Həmin sülhməramlıların mandatında və statusunda belə yoxlamalar aparmaq səlahiyyəti yoxdur və ola bilməz. Həm də insanlarımız onların "müvəqqəti məsuliyyət zonası"nı dayanmadan keçirlər.
Hər bir halda ümid edirəm ki, dövlət qurumlarımız sülhməramlıların statusunu və səlahiyyət dairəsini onlara təkrar xatırladacaqlar”.
Ə.Hüseynov bildirib ki, Laçına və Kəlbəcərə qayıdan təsərrüfat adamlarının üzləşdiyi başqa bir problem də var:
“Artıq həmin rayonlara yüzlərələ təsərrüfat adamı qayıdıb və bu proses davam etməkdədir. Sözsüz ki, onların əksəriyyətinin yük və minik avtomobilləri var. Laçın və Kəlbəcərdə isə hazırda avtomobil yanacağının pərakəndə satışını həyata keçirən heç bir məntəqə (YDM) yoxdur. İnsanlarımız xeyli əziyyət çəkirlər. Orada inşaat və quruculuq işləri ilə məşğul olan şirkətlər öz texnikaları üçün yanacaq gətirirlər və təbii ki, onu satmırlar. Ordumuz da mülki insanları yanacaqla təmin edə bilməz.
Ona görə də təcili şəkildə bu problem də həll edilməlidir. Hələlik ən azından əsas təhlükəsizlik qaydalarına riayət etməklə həmin rayonların hərəsinə 1-2 yanacaq çənli avtomobil göndərmək və dədə-baba qaydasında (hətta lazım gəlsə vedrələrlə) ehtiyacı olanlara yanacaq satışını təmin etmək lazımdır.
Bunu YDM şəbəkəsi olan istənilən şirkət bircə gündə təşkil edə bilər. Yetər ki, səlahiyyətli şəxslər belə təşəbbüsü onlara çatdırsınlar".
20:07 / 13 Mart 2025
Görünüşü ilə heyran edən "Kaqu" quşları - VİDEO
1
19:52 / 13 Mart 2025
Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
104
19:46 / 13 Mart 2025
ABŞ NATO ölkələrinin hava hücumundan müdafiəsi ilə bağlı problemlərə diqqət çəkib
16
19:33 / 13 Mart 2025
Türkiyənin yeni planı
17
19:32 / 13 Mart 2025
4 vəkilə xəbərdarlıq edilib
16
19:19 / 13 Mart 2025
17 yaşlı oğlan qətlə yetirilib
18
19:14 / 13 Mart 2025
ABŞ Rusiyanı hədələdi
21
18:54 / 13 Mart 2025
Rusiyada zəlzələ oldu
18
18:48 / 13 Mart 2025
1 saatdan çox təkbətək danışdılar
22
18:45 / 13 Mart 2025
Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb
25
18:30 / 13 Mart 2025
42 milyonluq məhkəmə işində Nəcməddin Sadıqovun adı çəkildi – DETALLAR
108
18:27 / 13 Mart 2025
Ukrayna Kanadadan 1,7 mlrd alır
23
17:58 / 13 Mart 2025
Baş nazir Əli Əsədov qərar imzaladı
416
17:55 / 13 Mart 2025
Tramp Qrenlandiyanı güc yolu ilə ilhaq etmək istəyir
43
17:53 / 13 Mart 2025
“Fidyə 1 manat da ola bilər, 10-15 manat da...”
45
17:19 / 13 Mart 2025
İsrail Ordusu Dəməşqə zərbə endirdiyini təsdiqləyib
62
17:11 / 13 Mart 2025
Aktotı Raimkulovanın Polşaya səfəri başa çatıb
74
17:06 / 13 Mart 2025
Tramp 200% rüsumla hədələdi
77
17:03 / 13 Mart 2025
Sənan Mehdiyevin həbsində qaranlıq məqam — 70 yaşlı ekspert rəydə səhv edib?
2317
16:56 / 13 Mart 2025
Bəs Ermənistan hansı hücum taktikasına əl ata bilər? — AÇIQLAMA
76
16:40 / 13 Mart 2025
SON DƏQİQƏ! Azərbaycan və Ermənistan razılaşdı
715
16:26 / 13 Mart 2025
İngiltərə və Fransa Rusiyaya zərbə vurmağa hazırdır
66
16:17 / 13 Mart 2025
Bu xəstəxanalar ləğv edilir - QƏRAR
87
16:10 / 13 Mart 2025
Zaqatalada üç avtomobil toqquşub, ölən və xəsarət alanlar var
78
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.