“Rusiya Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazırdır”.
Oxu24.com “RİA Novosti” yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-də Moskvada Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Biz ümid edirik ki, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya tezliklə yaradılacaq”, - o bildirib.
Qeyd edək ki, bu gün Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş olub.
SON DƏQİQƏ! SOCAR "Aİ-92" benzini ilə bağlı açıqlama yaydı
Oxu24.com
ŞƏRHLƏR