Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
66478
az

Rus Ordusu niyə irəliləyə bilmir? - ŞOK SİRLƏR  AÇILDI

02:0305 Mart, 2022
1841
  • A

NATO müttəfiqləri hər zaman Ukraynanı dəstəkləyiblər və çətin zamanda müttəfiqlər bu dəstəyi daha da gücləndiriblər.

Oxu24.com-un  xəbərinə görə, bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.

Baş katibin sözlərinə görə, Ukrayna səmasının bağlanması məsələsi NATO XİN rəhbərlərinin iclasında müzakirə olunub: “NATO müttəfiqləri razılaşırlar ki, Ukraynanın hava sərhədləri daxilində fəaliyyət göstərən NATO təyyarələri və Ukrayna ərazisində NATO qoşunları olmamalıdır”.

NATO Baş katibi həmçinin bildirib ki, Ukrayna Ordusu Rusiyanın irəliləməsinə imkan vermir: “Görünən odur ki, Rusiya Prezidenti Ukrayna Silahlı Qüvvələrinin gücünü az qiymətləndirib. Ukrayna Ordusu Rusiyaya qarşı savaşır və Rusiya Silahlı Qüvvələrinin irəliləməsinə imkan vermir”.

Yens Stoltenberq bildirib ki, bu, Ukrayna Silahlı Qüvvələrinin gücünün, Ukrayna xalqının və Prezident Zelenski başda olmaqla hökumətin cəsarətinin nəticəsidir: “Biz onlara kömək edirik, NATO müttəfiqləri Ukraynanı təchiz edir. 2014-cü illə müqayisədə Ukrayna ordusu daha güclüdür, daha yaxşı təchiz olunmuş vəziyyətədir. İllər ərzində NATO-nun təchizat və keçdiyi təlimlər bu prosesdə rol oynayıb”, - deyə Yens Stoltenberq qeyd edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya hava məkanını niyə bağlamadı? - Qəzanın başvermə səbəbləri arasında KRİTİK DETALLAR...
Qəzaya uğrayan təyyarənin radar görüntüləri yayılıb
Meyiti tapılanda qolunda şpris qalıbmış - ŞOK DETAL

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var