Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65799
az

Rusiya ilə müttəfiqlik bəyannaməsində Qarabağla bağlı nələr var?

14:3823 Fevral, 2022
488
ÖZƏL BÖLÜM
  • A

Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədə Qarabağ məsələsinə aid edə biləcəyimiz 4 bəndi qeyd etmək olar.

1-ci bənd üzrə:

- tərəflər bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət edir, eləcə də daxili işlərinə qarışmır: Rusiya bununla bir daha Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığını tanıyır; Bakı bu bəndən istifadə edərək, Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycanın daxili məsələsi olduğu faktının qəbul edilməsinə nail ola bilər;

9-cu bənd üzrə:

- İki ölkə müharibədən sonra imzalanmış üçtərəfli razılaşmaların – 10 noyabr, 11 yanvar və 26 noyabr – icrasına dəstək verəcəklər: bu, 10 noyabr razılaşmasında icra edilməyən bəndlərin həyata keçirilməsini, kommunikasiyanın açılmasını və sərhədin delimitasiya edilməsini özündə ehtiva edir;

10-cu bənd üzrə:

- tərəflər region dövlətləri arasında uzunmüddətli sülhün yaradılmasında əməkdaşlıq edəcək;

Bakı bu iki bəndi əsas götürərək, erməni qoşunların Qarabağdan çıxarılmasında (4-cü bənd), azərbaycanlıların ermənilərin yaşadığı ərazilərə qayıtmasına nail olmaqda (7-ci bənd), kommunikasiyanın açılmasında, sərhədin delimitasiya-demarkasiya edilməsində və yekun olaraq sülh sazişinin imzalanmasında Rusiyadan dəstək ala bilər.

18-ci bənd üzrə:

- Tərəflər beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə və s. mübarizədə səylərini birləşdirirlər: bəyannaməyə görə, Rusiya Azərbaycanın suverenliyinə hörmətlə yanaşır və bu bəndin məntiqinə görə, Qarabağdakı qondarma rejimi də separatçılıq təhdidi kimi qəbul etməlidir; Bakı bu razılaşmadan separatçı-terrorçu rejimin ləğvi üçün istifadə edə bilər;

Bu bəyannamə ən azı Rusiyanın Azərbaycan-Ermənistan məsələsində neytral mövqeyinin rəsmiləşməsi hesab oluna bilər. Və Bakının bu razılaşmadan müharibədən sonra hazırladığı gündəliyin qəbul edilməsində yararlanmağa çalışacağı bəllidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur
Bir nəsildən üçüncü şəhid - Elşad Cəfərovun həyatı
SON DƏQİQƏ! Müdafiə Nazirliyi İranla bağlı açıqlama yaydı

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR