Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
65026
az

“Sələmçi Tağı”: “Heç kimi döyməmişəm. Döysəm də düz eləmişəm...”

21:5908 Fevral, 2022
387
ÖZƏL BÖLÜM
  • A

“Bakı Metropoliteni” QSC-nin keçmiş rəhbəri, vaxtilə 3 milyon dolları MTN generalı Akif Çovdarov tərəfindən (Eldar Mahmudovun göstərişi ilə) əlindən alınan, daha sonra 2 milyon manatı sələmə verib dələduzlara yem eləyən Tağı Əhmədov YAP-ın Yasamal təşkilatının binasında adam döymədiyini bildirir. Amma eyni zamanda əlavə edir ki, “döyübsə də yaxşı eləyib döyüb”.

 virtualaz.org xatırladır ki, Tağı Əhmədov bu yaxınlara qədər həm də YAP-ın Yasamal təşkilatına rəhbərlik edirdi. Və indi onun adı 2 milyon manatlıq dələduzluq işində faktiki zərərçəkmiş kimi çəkilir. Belə ki, Tağı Əhmədov dostu, professor Soltan Əliyevin vasitəsilə 2 milyon manatı ayda 30 min manat sələm almaq şərtilə mərmər biznesi ilə məşğul olan Səadət Xəlilov, Qulu Muxtarova və Sahil Abuşova verib. Amma cəmi bir ay faiz alandan sonra pulların batdığını öyrənib. Və iddialara görə, həmin Səadət Xəlilovu YAP-ın Yasamal təşkilatının binasında döyüb. İndi dələduzluqda təqsirləndirilən həmin şəxslərin məhkəməsi gedir, zərərçəkən qismində isə professor Əliyev tanınıb. Elə Tağı Əhmədovun YAP-ın binasında Xəlilovu döyməsi də ötən məhkəmə prosesində təqsirləndirilənlərin vəkilləri tərəfindən gündəmə gətirilmişdi. Bildirilirdi ki, Tağı Əhmədov özü də istintaqda bununla bağlı dindirilib.

 

Hazırda onurğa xəstəliyindən əziyyət çəkən, hərəkət qabiliyyətini itirən Tağı Əhmədov isə bu iddia haqda Qaynarinfo-a açıqlamasında belə deyir: “Heç kəsi döyməmişəm. Döysəm də, düz etmişəm. Amma düzünü bilmək istəyirsinizsə, döyməmişəm. Özü də mənim onunla nə işim var? Heç onu tanımıram və bilmirəm də kimdir”.

Bəs necə olub ki, Tağı Əhmədov 2 milyon manatı sələmə verib və bu pullar batıb?

O özü əhvalatı belə nəql edir:  “Vaxtilə bir culfalı dostum (indi olmasın) gəldi, dedi ki, iki milyon manat pul lazımdır. Bəs verəcəm və ayda da bu qədər... Mən də 2 milyonu bankdan çıxardım. Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Bu da dedi, yox e, hər ay pulunu verəcəyəm. Mən də pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, iki mini də mənə qalsın və 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən 2 mini ona verməyə razılaşdım. Bu culfalı da AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. 2 milyonu bankdan götürüb, ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər…”

 

 

T.Əhmədova deyiblər ki, pullar mərmər dalınca göndərilib Qazaxıstana və orada “batıb”. Və T.Əhmədov özünün dediyi kimi, “həmin oğ...ı”, yəni Səadət Xəlilovu S.Əliyevlə birlikdə YAP-ın Yasamal təşkilatının binasına çağırıb.

 “Dedim nədi, nə məsələdi? Cavab verdi ki, pulu qaytarmaq heç cür alınmır. Dedim, alınmırsa, qardaş, sən məni aldada bilməzsən axı! Pulu qaytar. İndi Soltanı mənim pulumla aldadanların hər üçü məhkəmədədi. Hər üçünə 8-10 il həbs verəcəklər. Nə qədər verirlər, qoy versinlər. Bu dəqiqə mən bu məsələ ilə heç məşğul da olmuram”, - o bildirib.

 T.Əhmədov deyir ki, bu işlə bağlı onu heç kim istintaqa çağırmayıb. İstintaqa zərərçəkmiş qismində Soltan Əliyev gedir. “Mən pulu professor Soltan Əliyevə vermişəm. Səadət Xəlilov da pulu almasını təsdiqləyir. O da deyir ki, pulu Qulu Muxtarov və Sahil Abuşova verib. Filan qədərini Quluya, filan qədərini də Sahilə. Mən heç vaxt istintaqa getməmişəm və bundan sonra da getmək fikrim yoxdur. Mən pulumu professor Soltan Əliyevdən tələb edirəm. Onlarla nə işim var ki?”, - o bildirib.

 

T.Əhmədov onun pulunu “atanları” bir şərtlə bağışlaya bilər-1 milyon manatı dərhal versinlər, qalan 1 milyonun da nə zaman qaytarılacağına dair sənəd imzalasınlar. Məhkəmədə isə borc qismində faizlərlə birlikdə 3 milyon 180 min manat məbləğindən söhbət gedir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu