Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60484
az

Məktəblər yenidən bağlanacaq? - Nazirlik AÇIQLADI + VİDEO

15:5402 Noyabr, 2021
1014
ÖZƏL BÖLÜM
  • A

Məktəblərin noyabrda bağlanması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur

Oxu24.com  xəbər verir ki, bunu ARB telekanalının "Diqqət efir" verilişində Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib. O bildirib ki, məktəblərdə koronavirusa yoluxma ilə bağlı təşviş yaradacaq hal yoxdur:
"Yoluxma halları şagirdlərin ümumi sayının 1 faizini təşkil edir, hətta 0.5 faizin altındadır. Bizim yaydığımız məlumatlarda da qeyd olunub ki, yaxın həftələrdə təhsil müəssisələrinin qapadılması ilə bağlı heç bir qərar yoxdur. Əgər belə bir qərar olarsa, Təhsil Nazirliyinin informasiya resursları kifayət qədər operativdir və biz onu daha öncə yayacağıq".

Yoluxma hallarının daha çox yuxarı sinif şagirdləri arasında olduğunu qeyd edən C. Valehov bildirib ki, distant təhsilə keçid olarsa, təhsil müəssisələri buna hazırlıqlıdır:

"Pandemiya problemlərlə yanaşı, yeni imkanlar da yaratdı. Fors-major hallara ötən ilə nisbətən indi daha hazırlıqlıyıq. Çünki artıq müəyyən qədər təcrübəmiz var".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub