Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60411
az

ŞOK!İRAN BUNU GÖZLƏYİRMİŞ - Sentyabrın 27-si NƏ BAŞ VERDİ?

23:0631 Oktyabr, 2021
1523
ÖZƏL BÖLÜM
  • A

“Xeybər fatehləri” – İranın 1960-cı illərin taktikası ilə hazırda keçirdiyi təlim. Üstəlik uzaqda deyil, Azərbaycan-Ermənistan sərhədinin bilavasitə yaxınlığı, Naxçıvanla sərhəddə…

İran Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başlayıb.  Təlimlərin əsas mərhələsinin oktyabrın 1-də başladığı deyisə də, Azadlıq Radiosunun fars xidməti bu fikirləri yalanlayır. Onlar Naxçıvanla sərhəddə hərbi texnikanın cəmləşdirilməsinə hələ sentyabrın 25-dən başlanıldığını qeyd edir. Niyə məhz bu tarix?

Belə bir məqama diqqət yetirək. İran qoşunlarının sərhəddə toplaşdığı tarix vaxt etibarilə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi qüvvələrinin Naxçıvanda keçirdiyi birgə manevrlərin ikinci fazasına təsadüf edir. Və Həmin günlərdə Azərbaycan tərəfinin hərəkətləri ilə İrandan Ermənistana yük daşımalarında problem yaranmağa başlayıb.

İranın Azadlıq radiosu bildirir ki, əslində iran hadisələr başlamazdan bir neçə gün əvvəl, yəni sentyabrın 20-də Aşura diviziyasının Araz çayı sahilində keçirdiyi gecə təlimi ilə Bakıya hərbi və siyasi mesaj göndərmək istəmişdi. Məqalə müəllifinin fikrincə bu, Azərbaycan tərəfinin Qarabağa yanacaq daşıyan iki təbrizli sürücünü Qafan-Gorus yolunda saxlaması ilə bağlı idi.

Hərbi təlimlərin keçirildiyi məkan Azərbaycan-Ermənistan sərhədinin bilavasitə yaxınlığındadır. Burada söhbət Naxçıvana Poldəşt və Culfa keçidləri, habelə Ermənistana Norduz keçidi, Naxçıvan-Türkiyə sərhəd keçidi və Makudakı Bazarqan keçidlərinin yerləşdiyi 50 kilometrlik zolaqdan gedir.

Müəllif məqalədə qeyd edir ki, İranın başqa bölgələrindən fərqli olaraq bu bölgədəki hərbi texnikası müasir döyüşlərdə istifadə üçün xeyli köhnəlib. Bunlara misal olaraq sözü gedən briqadaların silahlandığı “Chieftain” tanklarını və M-113 zirehli transportyorlarını göstərmək olar. Britaniya istehsalı olan “Chieftain” tankları 1970-ci illərdə Qərb hərbi blokunun qüvvələrində geniş istifadə olunurdu, lakin sonradan Rusiyanın daha qalın zirehli T-72 tankının istehsalı ilə əhəmiyyətini itirmişdi.

Məsələn “Chieftai”n tankının topu 120 mm çaplı idisə, T-72-nin topunun çapı 125 mm idi. Bu səbəbdən də şah İranının Hərbiyyə Nazirliyi Chieftain tanklarının daha müasir modifikasiyası olan Shir-1 və Shir-2 modellərini sifariş etmişdi, lakin sonradan bu sifariş ləğv olunmuş və tanklar İrana çatdırılmamışdı.

Bu da vurğulanır ki, Vyetnam müharibəsi zamanəsindən qalma M-113 zirehli tanklarından İran ordusunda 1966-cı ildən istifadə olunur. Bu maşınlar müasir antitank raketlərinin, habelə intihar dronlarının və Türkiyə istehsalı Bayraktar TB-2 PUA-larının zərbələri qarşısında gücsüzdürlər.

Məqalədə deyilir ki, İranın mobil hücum briqadalarında “Toyota” mülki pikaplarından istifadə olunur və bunlardan çoxuna hətta kamuflyaj boyaları çəkilməyib. Xeybər fatehləri” manevrlərində çox sayda artilleriya vahidi iştirak edir. Bunların bir hissəsi təlim yerinə Kraz yük maşınları ilə daşınıb.

internetdə dərc olunmuş bir neçə peyk fotosundan İran silahlı qüvvələrinin Rusiyanın “Şilka” zenit qurğularından istifadə etdiyini göstərir. Bu da qeyd olunur ki, hər biri dörd raketdən ibarət bu sistemin həm də radarları var. İran bu sistemləri 1977-1978-ci illərdə Sovet İttifaqına sifariş edib. Lakin “Şilka” sistemlərinin yalnız 200-ə qədəri İrana çatdırılıb. Sifariş 1979-cu ildə İranda İslam inqilabı baş verəndən sonra ləğv olunub. “Şilka” sistemlərindən əsasən ordunun zirehli və piyada birliklərinin hava hücumundan müdafiəsi üçün istifadə olunur.

“Şilka”nın radar sistemi hücum və intihar dronlarını “tuta” bilmir. Müəllif hesab edir ki, bu, İranın zirehli texnikasını və piyada qüvvələrini Türkiyə və Azərbaycan ordularının dron donanması qarşısında aciz qoya bilər. internetdə dərc olunmuş fotolardan təlimlərdə dronlarla rabitəni pozan sistemlərdən istifadə olunduğu görünür.

sentyabrın 27-də təlimlərə 12 helikopter qoşulub. Bu helikopterlər Kirmanşahdakı 1-ci hərbi-hava qüvvələri bazasına aiddir. Uzun illər ordu komandanları tərəfindən səhlənkarlığa görə hərbi helikopterlər modernləşdirilməyib.

müasir döyüşdə havada üstünlüyə malik olan tərəf qalib gəlir. Hava döyüşündə üstünlüyü isə müasir qırıcılar və dronlar təmin edir. qırıcılar və dronlar düşmənin radar və müdafiə sistemlərinin məhv edilməsində əsas rol oynayır. Müəllif yazır ki, İran hərbi hava qüvvələri əməliyyat, hərbi və döyüş təyyarələrinin kəmiyyətinə görə Azərbaycandan üstün olsa da, Azərbaycanın malik olduğu İsrail istehsalı Harop və Harpy intihar dronları və başqa PUA-lar onu hər hansı hava döyüşündə daha güclü edir.

Bir sözlə, “Xeybər fatehləri” təliminin ssenarisi onun müasir döyüş meydanında yer olmadığını göstərir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat