Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59223
az

Ermənistanın İrana qarşı MƏXFİ İCAZƏSİ: Ərazisində... - ŞOK DETALLAR ÜZƏ ÇIXDI

18:3106 Oktyabr, 2021
955
  • A

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmələrinin birinci ildönümündə Suqovuşan, Talış və Cəbrayıla səfərlər etdi. Yenidənqurma işləri ilə tanış oldu. Bir sıra müəssisələrin açılış mərasimlərinə qatıldı. Ölkə rəhbəri işğaldan azad edilmiş ərazilərdə bəzi region dövlətlərinə bir sıra ismarışlar da göndərdi. Eləcə də Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Azərbaycan və onun lideri haqqında uydurma fikirlərinə toxundu, İranın Azərbaycanla sərhəddəki son təlimlərindən danışdı.

Prezidentin işğaldan azad olunan ərazilərə səfəri, eləcə də oradan region dövlətlərinə, onların havadarlarına göndərdiyi ismarışlar, Xocalı soyqırımının təşkilatçılarından olan Serj Sarkisyanın sərsəmləmələrinə qarşı arqumentli cavabları ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyevin fikirlərini öyrənməyə çalışdıq.

Milli Məclisin deputatı Naqif Həmzəyevin Publika.az-a müsahibəsini təqdim edirik:

 

- Naqif müəllim, ölkə başçısı işğaldan azad edilmələrinin ildönümündə Suqovuşan və Talışa, eləcə də Cəbrayıla səfərlər gerçəkləşdirdi. Ermənistanla bağlı bir sıra nüanslara toxundu. Ümumiyyətlə, Azərbaycan-Ermənistan münasibətlərini necə qiymətləndirirsiniz?

- 44 günlük Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdi. 30 il ərzində beynəlxalq təşkilatların və beynəlxalq ictimaiyyətin, birliyin reallaşdıra bilmədiyi işğala son qoydu. Möhtərəm Prezident işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi səfərlər gerçəkləşdirir. Açılışlar edir, təməlqoyma mərasimlərinə qatılır. Ölkə başçısı növbəti səfərləri zamanı çox maraqlı açıqlamalarla və söylədiyi fikirlərlə yadda qaldı. Əvvəla onu qeyd etmək istəyirəm ki, hazırda post-münaqişə dönəmində Azərbaycanın təklif etdiyi bir çox məsələlər var ki, onların əsası Ermənistanla münasibətlərin qurulması və ərazi bütövlüklərinin qarşılıqlı olaraq tanınmasından keçir. Eyni zamanda iki ölkə arasında xoş münasibətlərin yaradılmasıdır. Bu da nəticə etibarı ilə təkcə Azərbaycan-Ermənistan münasibətlərində deyil, ümumilikdə regionda uzunmüddətli, dayanıqlı sülhə nail olmağın yeganə açarıdır. Azərbaycan bununla bağlı öz şərtlərini açıqlayıb. Rəsmi Bakı bir ilə yaxındır ki, öz fikirlərinin, şərtlərinin üzərində durur. Bir müddət bundan öncə Ermənistanın baş naziri Nikol Paşinyanın da görüşə hazır olması ilə bağlı fikir səsləndirməsi, Azərbaycanla danışıqlara hazır olduğunu deməsi, eyni zamanda İrəvanın Ankara ilə münasibətlərini yaxşılaşdırmaqla bağlı fikirlərini ifadə etməsi bəzi qüvvələri narahat edir. Xüsusilə Ermənistanda revanşist hisslərlə yaşayan, hələ də münaqişənin bitmədiyini söyləyən, münaqişənin yenidən qabardılmasını və alovlanmasını istəyən qüvvələr bundan narahat olduqlarını gizlətmirlər.

- Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Azərbaycan, onun Prezidenti və Ulu öndər Heydər Əliyev haqqında əsassız fikirlər səsləndirməsi bu narahatlığın ifadəsi ola bilərmi?

- Bu nüans həmin qüvvələrin havadarlarını da narahat etməkdədir. Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan ağzına gələni danışır. Onun hədəfi, məqsədi regionda baş tutacaq sülhün qarşısını almaqdır. O, bununla reallaşa biləcək xoş münasibətlərin qarşısını kəsməyə çalışır. Serjik uzun illər Ermənistanda müxtəlif vəzifələrdə çalışıb. O, Ermənistanda vəzifələrdə çalışmadan öncə Azərbaycanın çörəyini yeyib. Sarkisyan bir xəyanətkardır. İlk növbədə Azərbaycana xəyanət edib, daha sonra öz xalqına... Uzun illər bu münaqişənin həll edilməsi mümkün olduğu təqdirdə ona qarşı çıxıb. Ermənistanın bu gün ağır və rüsvayçı məğlubiyyətə məruz qalmasının əsas səbəbkarı da məhz Serjik və onun havadarlarıdır. Çünki o, vaxtında düzgün qərar versəydi, bu gün ermənilər üçün belə rüsvayçılıq olmazdı. Məğlub və darmadağın olan Ermənistan ordusunun əsas qurucusu, onu formalaşdıran da Serjikin özüdür.

- Ümumiyyətlə, Serjikin kişilikdən danışmağa haqqı çatırmı?

- Biz unutmamalıyıq ki, Xocalı soyqırımını törədən, günahsız qadınlara, uşaqlara, yaşlılara, xüsusilə də qız uşaqlarına silah qaldıran, onlara işgəncə verən bir şəxsin kişilikdən danışmağa haqqı yoxdur. Onun Qafqaz ənənələrindən, kişilikdən danışmağa haqqı çatmır. O, sadəcə olaraq əlində olan hər şeyi itirib. Ermənistan xalqı sonuncu parlament seçkilərində Sarkisyana öz yerini göstərdi. Faktiki olaraq 44 günlük müharibədə məğlub olan Nikol Paşinyana səs verdi. Serjik də kənarda qaldı. Bu məğlubiyyət onun tərəfindən qəbul edilə bilmir. Düşünürəm ki, Serjikin söylədikləri boş şeylərdir. Onun bu cür danışmağa haqqı çatmır. Sarkisyan kişi olsaydı, sonuna qədər Qarabağda döyüşərdi. Xankəndidən qaçıb getməzdi. Ən azından, digər ermənilər kimi o da tələf olardı, şərəfini qoruyardı. Görünən odur ki, Serjikin şərəfi də yoxdur. Ancaq boş-boş, gəvəzə-gəvəzə danışmaqla məşğuldur. Onun dediklərinə məhəl qoymamalıyıq. Tezliklə sülh danışıqları baş tutduqdan, iki dövlət arasında münasibətlər yaxşılaşdıqdan sonra əgər Ermənistan xalqı Serjik və onun kimi qatillərin cəzasını verməsə, Azərbaycan özü onların cəzasını kəsəcək. Onlar haqq-ədalət məhkəməsində cavab verməli olacaqlar. Serjik və onun kimiləri də narahat edən məhz budur.

Azərbaycanın ərazisi uzun illər işğal altında saxlanıldığı üçün əksər müsəlman dövlətləri işğalçı Ermənistanla diplomatik münasibətlər qurmadılar. Bununla yanaşı, İrəvanla xoş münasibətlər də yaratmadılar. Bunların arasında Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Cibuti və digər müsəlman dövlətlərinin adlarını sadalamaq olar. Ancaq onlardan fərqli olaraq bizim cənub qonşumuz, müsəlman dövləti olan, dost və qardaş münasibəti bəslədiyimiz İran Ermənistana qucaq açdı, onlara dəstək nümayiş etdirdi. İran Ermənistana humanitar yardımlar göstərdi. Oraya külli miqdarda sərmayələr qoydular. Bu gün iranlıların böyük əksəriyyətinin istirahət və əyləncə yerləri də məhz Ermənistandır.

- Belə çıxır ki, yeni reallıqlar Tehranı da narahat edir?

- Regionda yaranmış mövcud reallıqlar istər-istəməz Tehranı narahat etdiyi kimi, onların havadarlarını və bəzi qüvvələri də narahat edir. Bütün bunlara baxmayaraq, artıq reallıqlar dəyişib. Hər şey əvvəlki kimi ola bilməz. Keçmiş keçmişdə qalıb. Azərbaycan bu münaqişəni tarixə qovuşdurub. Ölkəmizin istəyi, niyyəti işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərimizin, soydaşlarımızın ən qısa zamanda qayıtmasını təmin etməkdir. Eyni zamanda regionda uzunmüddətli, dayanıqlı sülhə nail olmaqdır. Azərbaycan öz ordusunun gücü və potensialı, qüdrəti hesabına bunu edib. Bu gün də Azərbaycan Ordusunun öz ərazi bütövlüyünü, suverenliyini qorumağa potensialı çatır. Azərbaycan mövcud təhlükələrə qarşı lazımi tədbirlər almağa qadirdir.

- Son günlər İranın Azərbaycanla sərhəddə təlimlər keçirməsinin əsasında nə dayanır? Ermənistana qucaq açan İranın Azərbaycana qarşı əsassız ittihamları nəyə hesablanıb?

- Düşünürəm ki, İranın Arazın o tayında, Azərbaycanla sərhəddə təlimlər keçirməsinin və bunu əsassız olaraq “İsrail bu ərazilərə gətirilib” fikirləri ilə izah etməsinin heç bir əsası yoxdur. Çünki faktiki olaraq Azərbaycan heç bir zaman öz ərazisindən İrana qarşı başqa dövlətlərin və qüvvələrin istifadəsinə imkan verməyib. Əksinə, Ermənistan ərazisində fəaliyyət göstərən Amerika səfirliyi dünyada ən çox ştat və əməkdaşları olan səfirlik hesab edilir. Ermənistan faktiki olaraq öz ərazisindən İrana qarşı başqa dövlətlərin istifadə etməsinə qeyri-rəsmi, məxfi olaraq icazə verib. Bəs İran niyə bunu görmür və ya görməzdən gəlir?! Niyə müsəlman və qardaş Azərbaycana yox, Ermənistana dəstək göstərir?! Həqiqətən də bu, bizi narahat edən və hər kəsin verdiyi suallardan biridir. Həmçinin Ermənistanın İrana öz hava məkanını açaraq dronların bu ərazidə uçuşlar etməsinə icazə verməsi, eləcə də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhz bu məqamda İrana dörd günlük səfəri müəyyən mətləblərdən və bir sıra məqamlardan xəbər verir. İstənilən halda, düşünürəm ki, bundan sonra İran Azərbaycana qarşı səmimi olacaq. Nəhayətdə Tehranın İrəvana yox, Bakıya öz dəstəyini göstərəcəyinə inanıram. Ümid edirik ki, İran bundan sonra Azərbaycanın daxili işlərinə qarışmayacaq. Yəni sübutu olmadan yalançı faktlara, fikirlərə əsaslanaraq hansısa addımlar atmayacaq. Çünki Azərbaycan həmişə İrana qarşı səmimi olub. Hər zaman İrana qarşı dostluq münasibəti sərgiləyib. İnanıram ki, biz bunun qarşılığını mütləq görəcəyik. Ən əsası, biz regionda diktə edən tərəfik. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ölkəmiz Şərqi Zəngəzur və Qarabağda quruculuq, abadlıq işlərini həyata keçirir. Dövlətimiz Zəngəzur dəhlizinin açılmasına və fəaliyyət göstərməsinə nail olacaq. Beləliklə, regionda uzunmüddətli sülh və əmin-amanlığın bərqərar olacağına inanıram.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Zəlzələ belə baş verib - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı