Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54530
az

ŞOK! Əsir götürülən ermənilər Azərbaycan ərazisinə görün,hansı məqsədlə gəlirmiş - Müdafiə Nazirliyi açıqladı

15:5427 May, 2021
6838
  • A

Ermənistan tərəfi mayın 27-i saat 03:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində kəşfiyyat-diversiya qruplarının törətdiyi təxribatları ört-basdır etmək məqsədilə həmişə olduğu kimi yenə də yalan məlumat yayıb. Ermənistan əsgərləri Kəlbəcərin Yuxarı Ayrım kəndi ərazisində tərksilah ediliblər. Eyni zamanda tank birləşmələri daxil olmaqla ön xəttə qüvvələri konsentrasiya ediblər. 

Bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. 

O bildirib ki, sərhədimizi keçərək ərazimiz daxilində mina işlərini aparmağa və təxribat əməllərini törətməyə cəhd göstərən diversiya qrupunu ermənilər guya mühəndis-istehkamçılar kimi qələmə verir:

"Əgər elədirsə, o zaman erməni hərbi mühəndisləri Azərbaycan ərazisində nə kimi mühəndis işləri görə bilər?

Hərb işindən azacıq xəbəri olan hər bir kəs anlayır ki, kiçik qruplarla mühəndis işləri həyata keçirilmir. Bu tərkibdə qruplar kəşfiyyat-diversiya dəstələrində olur və aydındır ki, onlar məhz təxribat törətmək məqsədilə ərazimizə keçiblər.

Onların məqsədi sərhəddə xidmət edən qüvvələrimizin arxasına keçərək təminat yolunu minalamaq olub. Belə ki, təminat yolundan istifadə edən qüvvələr minaya düşsünlər və şəxsi heyət arasında itkilər olsun”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirli məşhur iş adamı ilə bağlı şok iddia: 60 min manat alıb? 
Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi - ŞƏRH
Rəsmi açıqlama: Saatlıq əməkhaqqı necə hesablanacaq? +VİDEO

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Ağdaşda bir ton çətənə kolu məhv edildi