Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45650
az

Hulusi Paşa TƏCİLİ BAKIYA Niyə Gəldi? - ŞOK FAKTLAR

11:1902 Yanvar, 2021
12787
ÖZƏL BÖLÜM
  • A

31 dekabrda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanda səfərdə oldu….Bizim üçün çox əhəmiyyəli bir tarixdə…Dünya Azərbaycanlılarının Milli həmrəylik günü…
Akarın səfərinin əsas səbəbi nə idi??

Bu səfərin bizim üçün əhəmiyyəti nədir??
Suallar çoxdur…Ekrana yaxın əyləşin…Bəzi suallara cavab tapmağa çalışacayıq…

Dünən  Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana səfərə edib.. Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Quru Qoşunları komandanı Ümit Dündar və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxil idi.
Hərbi baxımdan nümayəndə heyətinin tərkibinin belə geniş olması, bu səfərin mühümlüyünü və məqsədini  göstərir. Akar özü ilə bərabər qardaş ölkənin ən üzdə olan generallarını Bakıya gətirdi..Üstəlik səfərin sonunda türkiyəli hərbçilər üçün konsert təşkil edildi…Xalq artisti Azərin səhnəyə çıxaraq Hulusi Paşanın qarşısında möhtəşəm çırpınırdı Qara dəniz mahnısını səsləndirdi…

Çırpınırdı Qara dəniz baxıb türkün bayrağına….
 

Atəşkəs haqqında üçtərəfli Bəyanat imzalandıqdan sonra, Azərbaycan və Türkiyə tərəfi Türkiyə sülhməramlılarının Dağlıq Qarabağa gələcəyini dəfələrlə bildirsələr də bu gerçəkləşmədi. Əvəzində isə, bəyanata uyğun olaraq Rusiya sülhməramlıları Qarabağa daxil oldu və işğalçı, separat rejimi himayəsinə aldı. Missiyası bölgədə sülhü təmin etmək olan sözdə sülhməramlılar neytral qalmalı idilər..Yəni hər iki tərəfin hüququnu qorumalı idilər..Amma gedişat tamam başqa istiqamətdə cərəyan etdi…Tabasaran mənşəli Rüstəm Muradovun başçılıq etdiyi sülhməramlılar Dağlıq Qarabağda erməni əhalinin müdafiəçisi missiyasına hətta xidmətçisi kimi fəaliyyətə başladı…

Rus əskəri hərbi mükəlləfiyyətini unudaraq Dağlıq Qarabağda ermənilərə ev tikməyə, 44 günlük savaş dövründə Ermənistana qaçmış erməni qaçqınları geriyə qaytarmaqla məşğul oldu. Rusiya nəyin bahasına olursa olsun, bölgədə ermənilərin var olmasına can atır…Hər şey gün kimi aydındır…

Bəyanatdan sonra rus əskərinin məramına azca da olsa ümid bəsləyən insanlar daha səslərini çıxarmır..Çünki rusiya  açıq aşkar hərəkəti ilə ermənini qorumaq və bölgədə söz sahibi olmaq niyyətini güdür.

Türk əskərinin bölgəyə gəlişi bir neçə gün əvvəldən baş verdi..Əvvəlcə 160 nəfərlik minaaxtaran hərbçi Qarabağa gəldi..Bu günlərdə isə Akar ilə bərabər Ağdamda yerləşəcək müşahidə məntəqəsinin 35 nəfərlik heyəti ölkəmizə gəldi. Agdamdakı monitorinq mərkəzinə türkiyəli general başçılıq edəcək..
Görünən odur ki, Rusiyanın bölgədəki hegemonluğunun qarşısını almaq üçün Türkiyə gücünü səfərbər edib. Akarın böyük heyətlə, üstəlik yeni il günü Bakı səfəri Rusiya üçün əzələ, güc nümayişidir…Türkiyə açıq aşkar Şah gedişi edir…Rusiyanı Mat etmək üçün gücünü, iradəsini önə çəkir..Niyyəti bəlli olan Rusiyayanın qarşısına sinəsini sipər edir..Azərbaycana sona kimi dəstəyini ifadə edir…
Bir neçə gün öncə Hulusi Akar açıq şəkildə bildirdi ki, "Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına təhlükə yaranarsa Türkiyə o torpaqları qorumağa hazırdır." Hulusi Paşa bu sözləri boşuna demədi…Bütün hallarda, hər vəchlə Azərbaycana dəstək olduqlarını bəyan etdi..
Onun bu bəyanatı, əslində, Azərbaycana Rusiyanın təzyiqlərinə boyun əyməmək üçün təhlükəsizlik qarantiyası hesab oluna bilər.
 Bu bəyanatdan dərhal sonra Hulusi Akarın başçılığı ilə  geniş tərkibli nümayəndə heyətini Bakıya göndərmək, İlham Əliyevə Rusiyanın təzyiqlərinə qarşı Türkiyənin hərbi dəstəyini və geniş hərbi əməkdaşlıq təkliflərini çatdırmaq məqsədi daşıyır. Azərbaycan tərəfi Türkiyənin bu təhlükəsizlik qarantiyasına güvənib, təktərəfli qaydada öz suveren ərazisində Türkiyənin Dağlıq Qarabağda hərbi iştirakını təmin edə bilər. Bu təminat qarşısında "biz ruslarla razılaşmasaq, Qarabağda onlara gücümüz çatmaz" əks arqumenti keçərsiz qalır. Artıq oyunun içində Türk ordusu var…Dağ kimi arxamızda dayanan türk əsgəri….
İndi söz və mövqe ortaya qoymaq növbəsi Azərbaycanındır.
Dağlıq Qarabağda separatçı rejimi hərbi siyasi baxımdan himayə edən və ölkəmizin suverenliyini hər gün tapdayan Rusiyaya qarşı hərbi strateji balansı dəyişmək üçün Türkiyənin təkliflərini qəbul edib, qardaş ölkənin ordusunu ölkəmizə dəvət etməliyik. Və gedişat onu göstərir ki, Türk ordusunun geniş heyətlə Azərbaycanda məskən salması uzaqda deyil…İstənilən halda Türkiyə kimi qüdrətli ordusu olan dövlətin varlığı bizi daha da güclü edir….

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib