“Dağlıq Qarabağ səması tamamilə pilotsuz təyyarələrin nəzarəti altındadır. Biz görürük ki, zirehli texnikaların istifadəsi mümkünsüzdür. Hətta müdafiə silahları ilə təchiz olunmuş texnikalar belə pilotsuzlar qarşısında tamamilə müdafiəsizdir".
BAKU.WS xəbər verir ki, bu fikirləri hərbi ekspertlər Azərbaycan ordusunun işğal altındakı ərazilərin azad olunması üçün keçirdiyi əməliyyatlarda istifadə etdiyi "Bayraktar TB2" pilotsuz uçuş aparatları barədə səsləndirir.
Türkiyənin "Bayraktar Makina" şirkətinn istehsalı olan "Bayraktar TB2" aparatı Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistana məxsus hərbi obyektlər, zirehli texnikalar, RƏM sistemləri və canlı qüvvənin məhv edilməsində istifadə olunur.
Qardaş ölkədə qısaldılmış adı SİHA (Silahlı İnsansız Hava Aracı) olaraq bilinən pilotsuz uçuş aparatları Ermənistan üçün kabusa çevrilib.
"Bayraktar TB2"-nin texniki xarakteristikası belədir:
Uzunluğu: 6,5 metr
Qanadların genişliyi: 12 metr
Maksimal uçuş çəkisi: 650 kiloqram
Yükgötürmə qabiliyyəti: 55 kiloqram
Maksimal sürəti: 222 km/saat
Kreyser sürəti 130 km/saat
Fəaliyyət radiusu: 150 kilometr
Xidmət yüksəkliyi - 27.000 fit
Havada qalma müddəti - 27 saat
"Bayraktar TB2" avtomatik uçuş və eniş sistemi ilə təchiz olunub. Tank əleyhinə iki raket və Roketsan MAM-L və ya MAM-C lazerlə idarə olunan döyüş sursatı daşıyır. Pilotsuz uçuş aparatı kamera və nəzarət sistemlərilə də təchiz olunub.
Bu da ona kəşfiyyat məqsədləri üçün istifadə etməyə imkan verir. MAM-L sistemi L-UMTAS uzun mənzilli tank əleyhinə raket sisteminin lazer modifikasiyası kimi hazırlanıb. Əsas baza versiyasından onunla fərqlənir ki, raket mühərriki yoxdur və "glider" uçuş üçün qanadlarla təchiz olunub.
"Baytaktar TB2" PUA-nın əsas istifadəçiləri Türkiyə Hərbi Hava Qüvvələridir. Türkiyə ilə yanaşı Qətər və Ukrayna ordusu da pilotuzlardan istifadə edir. Dağlıq Qarabağın işğaldan azad olunması əməliyyatları göstərdi ki, "Bayraktar TB2" Azərbaycan ordusunun arsenalında da var.
Oxu24.com
ŞƏRHLƏR