Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36996
az

Ermənistan Azərbaycanı susuz qoymaq istəyir: Sərsəng su anbarı ilə bağlı yeni TƏXRİBAT

16:4906 Avqust, 2020
732
  • A

Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında yaradılmış separatçı rejim növbəti ekoloji terror planlaşdırır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma rejimin rəhbəri Araik Arutunyan işğal altındakı rayonların "rəhbərləri" ilə birlikdə Sərsəng su anbarı ilə bağlı müşavirə keçirib.

 

Arutunyan işğal altındakı torpaqlarda əkin sahələrinin genişləndirilməsi və suvarılmasını təmin etmək üçün su anbarınının suyunun istiqamətinin dəyişdiriləcəyini elan edib.


Onun fikrincə, layihə icra olunsa, bu Qarabağ üçün “əsrin proyekti” sayılacaq. O, layihənin icrası üçün on milyonlarla dollar vəsaitə ehtiyac olduğunu söyləyib.

 

Xatırladaq ki, 1976-cı ildə Tərtər çayının üzərində inşa olunmuş Sərsəng su anbarı keçmiş Ağdərə rayonunu ərazisində yerləşir. Su anbarı Azərbaycanın 6 rayonunu (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edir. Anbarda suyun başqa məcraya yönəldilməsi Azərbaycan üçün ciddi ekoloji təhlükə yarada bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyanı Türkiyədə belə qarşıladılar  —  VİDEO
Ərdoğan and içdi
Ərdoğanın andiçməsinə şahidlik edəcək Prezidentlər kimlərdir? — ADLAR

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü