Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36101
az

Pakistan Senatından Azərbaycana dəstək: - General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev...

18:1722 İyul, 2020
3099
ÖZƏL BÖLÜM
  • A

 

Pakistan Senatı Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı mövqeyini açıqlayıb.

Oxu24/com -un  məlumatına görə, bu barədə Milli Məclisin komitə sədri, Azərbaycan-Pakistan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Qənirə Paşayeva məlumat verib.

“Rəhbərlik etdiyim Azərbaycan-Pakistan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu adından Pakistan İslam Respublikasının Senatına Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribatı barədə məktub ünvanlanmışdır. Məktubumuz Pakistan İslam Respublikası Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri Məhəmməd Talha Mahmud tərəfindən cavablandırılmışdır. Senator Məhəmməd Talha Mahmud məktubunda Azərbaycana dəstəyini ifadə etmiş, Ermənistan silahlı qüvvələrinin təxribatını kəskin qınamış, General Mayor Polad Həşimov və Polkovnik İlqar Mirzəyev başda olmaqla qəhrəman şəhidlərimizə Allahdan rəhmət dilədiklərini bildirmişlər. Qardaş Pakistan daima olduğu kimi bir daha Azərbaycanla birlikdə olduğunu ifadə etmişdir. Qardaş Pakistana bir daha təşəkkür edirik!”, - deyə Qənirə Paşayeva bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü