"Azərbaycanın işğalçı Ermənistana hücum etməyə və işğal altında olan torpaqları azad etmək üçün haqlı səbəbləri var".
Bu sözləri Redaktor.az-a “Kafkassam”ın Amerika araşdırmaları və terrorla mübarizə üzrə mütəxəssisi Əmrah Qaya iyulun 12-dən Tovuz istiqamətində Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribatdan danışarkən deyib.
“Ermənistanın başlatdığı hücümun 3 səbəbi ola bilər. Birincisi, Ermənistan əhalinin diqqətini daxili problemlərdən uzaqlaşdırıb, ölkə xaricinə çəkmək istəyə bilər. Çünki illərdir orada maddi problemlər var və bu, koronavirusla daha çox üzə çıxıb. Bu baxımdan Ermənistan Azərbaycana hücum edərək, daxildəki bu problemləri Azərbaycana yönəldib, ölkədəki vəziyyəti ört-basdır etməyə çalışır.
İkincisi, Ermənistanla Rusiya arasında bəzi fikir ayrılıqları var. Misal olaraq, elektirik və təbii qazın qiyməti ilə bağlı Ermənistan Rusiyadan endirim tələb edir, lakin Moskva bunu qəbul etmir. Düşünürəm ki, Ermənistanın bu hücumla Rusiyaya təsir etməyə də çalışa bilər.
Üçüncüsü, bildiyiniz kimi yaxın zamanlarda Minsk Qrupunun iclası olacaq. İclasdan əvvəl belə bir hücum həyata keçirməklə, Ermənistan göstərməyə çalışır ki, onlar problemin sülh yolu ilə həll olunmasını istəmirlər. Bu hücum da məhz bunun göstəricisi də ola bilər.
Bu iddialara ümumi olaraq baxdığımız zaman, Ermənistanın bu hücumu bir vasitə olaraq istifadə etdiyini və diplomatik yollarla Qarabağ probleminin həll olunmasına mane olduğunu görürük. Yəni, Azərbaycan hələ də diplomatik yollarla məsələni həll etməyə çalışarkən, Ermənistanın sadəcə zaman qazanmağa çalışdığı aydın olur.
Ermənistanın bu rəftarına cavab olaraq, Azərbaycanın müharibəyə başlayıb, xüsusi ilə onları Dağlıq Qarabağ bölgəsindən təmizləyə bilər”.
Ə. Qaya torpaqları işğal altında olan Azərbaycanın Qarabağda istədiyi əməliyyatı keçirmək haqqının olduğunu qeyd edib:
“Bu, Azərbaycanın ən təbii haqqıdır. Azərbaycan əgər indiki vəziyyətdə Dağlıq Qarabağ bölgəsinə hücum etsə, bir neçə rayonu və kəndi geri qaytarsa, heç bir beynəlxalq təşkilat buna qarşı çıxa bilməz. Çünki burada Azərbaycan haqlı durumdadır. Azərbaycanın haqlı olduğunu, həmçinin, ilk hücumu Ermənistanın başlatdığını nəzərə alarsaq, beynəlxalq təşkilatlar burada sadəcə Ermənistana təzyiq eldəcək. Bu zamanda Rusiya Azərbaycana nə qədər təzyiq etsə də, rəsmi Bakı bu təzyiqlər qarşısında haqlı vəziyyətdə olacaq”.
Ekspert müharibə olarsa Azərbaycanın qalib olma şansının yüksək olduğunu bildirib:
“Azərbaycanın həm iqtisadi, həm də hərbi inkişafını qeyd edərkən, İrəvanın bu inkişafını görə bilmirik. Ermənistan hələ də xarici qüvvələrə bağlı şəkildə davam edir. Düzdür, bu savaşda erməni diasporlarının büyük rolu var, lakin Ermənistanın bu qədər problemi varkən, diasporlar bu problemlərin həlli yönündə heç bir addım ata bilməz. Bunun nəticəsi olaraq da, erməni ordusu ilə Azərbaycan ordusunu qarşılaşdırdığımız zaman, qardaş ölkənin ordusunun onlardan qat-qat daha güclü olduğu açıq şəkildə görünür. Bunu bir neçə il öncə Ermənistan Prezidenti də etiraf etmişdi”.
Türkiyəli ekspert bölgədə lider olan iki ölkənin Azərbaycanın əleyhinə addım ata biləcəyini vurğulayıb:
“Bu ölkələrdən biri, Rusiyadır. Fikrimcə, Rusiyanın bölgədə “sabit”liyi qorumaq üçün Azərbaycana müəyyən təzyiqlər etməsi gözləniləndir.
İkinci faktor isə, İrandır. İran bölgədə güclü Azərbaycan dövləti görmək istəmir.
Bu baxımdan düşünürəm ki, əgər müharibə olarsa, İran Ermənistana dəstək olmağa çalışacaq. Xatırlayırsınızsa, İran Qarabağın işğalı vaxtında da bunu etmişdi.
Amma İranın qarşısını İsrail məsələsi kəsə bilər. Azərbaycanla İsrail arasında sıx əlaqələr mövcuddur. İranın hazırki iqtisadi çətinliyini nəzərə alsaq, Tehranın İsrail ilə hər hansı bir gərginliyin yaranmasını istəyəcəyini düşünmürəm.
Bu baxımdan rəsmi Tehran Rusiyaya nisbətən bu məslədə bir qədər ehtiyatlı davranacaq".
Oxu24.com
ŞƏRHLƏR