Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33481
az

Deputatdan Milli Məclisdə şok açıqlama: "Nazir qardaşının vasitəsiə qotur danaları insanlara satır" +VİDEO

10:3120 İyun, 2020
1106
ÖZƏL BÖLÜM
  • A

“Nə qədər adamın ünvanlı sosial yardımı kəsilib. Bu sıraya əlillər də daxildir. Onların pulu niyə kəsilməlidir ki? Dövlət bu istiqamətə pul ayırıbsa, həmin insanlara vermək lazımdır”.

Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında  “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin üçüncü oxunuşunun müzakirəsi zamanı səsləndirib.

O bildirib ki, ötən gün “Youtube” sosial şəbəkəsində bu məsələ ilə bağlı video izləyib: “İkinci qrup əlilin müavinətini neçə ildən sonra kəsiblər. Həmin şəxs dövlət başçısına, birinci vitse-prezidentə müraciət edir. Bu məsələdə qənaət etmək lazım deyil. Qotur danaları dəyərindən xeyli baha qiymətə alıb insanlara satdılar. Qənaəti orada etmək lazım idi. Öz qardaşının, öz şirkətinin vasitəsilə bunu etdi. Bu məsələlərə diqqət yetirmək, qənaət etmək lazım idi. Kasıb insanların pulunu kəsiblər. Harın həyat sürən insanların kasıblardan xəbəri ola bilməz. Vəsaitə belə qənaət etmək olmaz. Bu insanları hökumətə qarşı qoymaq olmaz. Bu sahəyə hansı insanların hökumətdən narazı ola biləcəyini dərk edən adam rəhbərlik etməlidir. Büdcədən ayrılan vəsaitlər aidiyyəti üzrə xərclənməlidir”.

İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov isə deputat Qüdrət Həsənquliyevin fikirləri ilə razı olmadığını bildirib:

“Deputat ya məsələlərlə tanış olmayıb, ya da başqa məqsədlər güdür. O, bütün sualları ilə bağlı bizdən bütün izahatları ala bilər. Birincisi, tövsiyə edərdim ki, sui-istifadə sözündən istifadə edəndə ehtiyatlı olsun. Deputat keçən dəfə də hökumətin 3,5 milyard manat vəsaiti Milli Məclisdə müzakirəyə çıxarılmadan əhali arasında bölüşdürülməsinə etiraz eləmişdi. Burada dövlət büdcəsinin vəsaitindən söhbət getmir. Burada dövlət fondları hesabına cəlb edilən vəsaitlər də var idi. Qənaət məsələsinə gəldikdə, burada stəkanda fırtına yaratmağa ehtiyac yoxdur. İlk növbədə Hesablama Palatasının rəyində göstərilənlərə baxmaq lazımdır. Şəffaflığın nəticəsi olaraq, Dövlət Sosial Müdafiə Fonduna yığımlar artıb. Burada çox sadə məntiq var. Həmin pulun icrası Sosial Müdafiə Fondu tərəfindən mümkün deyildi”.

2019-cu ildə rayonların gəlirləri hesabına öz xərclərini təmin edə bildiyini deyən Samir Şərifov əlavə edib ki, niyyəti, məramı xoş olan adam bu hesabatda istənilən cavabı tapa bilər: “Təqdim edilən hesabatlarda hər bir məsələ ilə bağlı olduqca geniş izahat verilib. Deputatlar büdcə kəsrinin azalmasını tənqid edirlər. 2 milyard manatdan çox kəsir il ərzində 200 milyona düşüb. Bunun nəyi pisdir? Burada yeni seçilmiş deputatlar deyir ki, hesabatda izahat yoxdur. Başa düşmürəm, nə izahatı? Kimsə özünü yenidən təsdiq etmək istəyirsə, bunu edə bilər. Mən onları pandemiya dövründə də qəbul etməyə hazıram. Bizə məktub da göndərə bilərlər”.

Büdcənin 97% icra edilməsinin dünyada yaxşı nəticə kimi qəbul olunduğunu deyən deputat Tahir Mirkişili isə bildirib ki, Rusiyada bu 94% təşkil edir. Onun sözlərinə görə, büdcə xərclərindən qalan pullar sosial xərclərin ödənilməsinə yönəlib. Bu gün büdcə xərcləri qənaət rejimində yerinə yetirilir.

İclasda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” və bir neçə qanun layihələri müzakirə olunaraq qəbul edilib. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Brüsselə arvadını da aparıb - daha kimlər var? - SİYAHI
SON DƏQİQƏ! Azərbaycanda pensiya ilə bağlı bu qərar dəyişdi
Naxçıvanski adına Hərbi Liseydə milyonlarla mənimsəmə aşkar edilibmiş...

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO