Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32981
az

\"Biznes Lady\"dən şad xəbər: \"Yüzlərlə vətəndaş işlə təmin olunacaq\"

10:2312 İyun, 2020
1598
  • A

Dünyada  kornavirus  pandemiyası  hökm sürdüyü vaxtda  vətəndaşların  ən  ciddi  problemlərindən  biri  də  işlə  təmin  olunmaqdır.

Oxu24.com  xəbər  verir  ki, "Mak Marin LTD" şirkəti  ənənəsinə  sadiq  qalaraq  işsiz  vətəndaşların  işlə  təmin   edilməsini  həyata  keçirib.

Saytımıza  açıqlama  verən  "Mak Marin LTD" şirkətinin  rəhbəri  Mətanət  Süleymanzadə  bildirib  ki, onlar  hər  zaman  sıfırda  olan  vətəndaşın  yanında  olub  və  olacaq.

"Bildiyiniz  kimi  bütün  dünyada  koronavirusla  bağlı  durğunluq  hökm  sürür.Dövlət başçımız pandemiyanın  əhaliyə  ziyanının  qarşısının  alınması  üçün  bütün  addımları  atıb. Mən də  bir  iş  xanımı  kimi  bu tədbirlərə  qoşuldum  və  vətəndaşların  işlə  təmin   olunması  istiqamətində  addımlar  atdıq. May  ayının 20-dən  bu  günə  kimi  4  böyük  tikinti  şirkəti  ilə  müqavilə  bağlamışıq.Montajçı,qaynaqçı,elektrik, fəhlə  və  digər  ixtisas  sahibləri ixtisaslaşdırıldıqdan  sonra  müvafiq işlərə  yönləndirilib.Onların  böyük  əksəriyyəti  illərdir  bu  sahədə  ixtisaslaşmış  şəxslərdir.

Dünən "Torqon" şirkəti  ilə  müqavilə  imzaladıq.50 nəfər  vətəndaş  bu  gündən  etibarən "Ağ Şəhər" layihəsində işə  başladı.

Digər  şirkətlərlə  də  danışıqlar  gedir."Stay" şirkətində  bu  günlərdə 32 nəfər  vətəndaş işlə  təmin  olunub. Bundan  əlavə  "Paşa İnşaatın" layihəsi  olan  "Ağ Şəhər" layihəsində çalışmaq üçün 200 nəfər  vətəndaşın işlə  təmin  olunmasını  həyata  keçirəcəyik. 

Şirkətimiz bu günlərdə  Azfenin Dərnəgül layihəsinə də  vətəndaşların işləməsi  üçün  müqavilə  imzlayıb. Həmçinin  Azfenin "Akkord" layihəsində də vətəndaşlarımız  işlə  təmin  edilib.

İş xanımı  bildirib ki, hələ  qarşıda böyük layihələr var.

"Gələcəkdə 300-400 vətəndaşın  işlə  təmin  olunması  layihəsi  üzərində  çalışırıq", deyə Mətanət  Süleymanzadə  bildirib.

Xatırladaq  ki, "Biznes Lady"  Mətanət  Süleymanzadə mətbuatda tanınmış  simadır. O, işinə  görə   bir  çox  mükafatlara   layiq   görülüb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub