Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100363
az

İranı kimlər və niyə qan gölünə döndərdi? - Terrora aparan iz

18:0303 Yanvar, 2024
457
ÖZƏL BÖLÜM
  • A

İranda yenə hərbçilərin mərasimində partlayış törədilib. İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kirman şəhərinin Golzar Şahadai qəbiristanlığı yolunda partlayış nəticəsində 73 nəfər ölüb, 170 nəfər yaralanıb (materialın yazılma anına görə - red.).

Hadisənin baş verdiyi Kirman əyalətinin rəhbərliyi baş verən partlayışları terror aktı kimi qiymətləndirib.

2022-ci ilin sentyabrından İranda baş verən etiraz aksiyalarında İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei ilə yanaşı, Qasim Süleymaninin də posterlərini yandırır, büstünü boyayırdılar. Bununla cəmiyyət İranın avtoritetlərinə münasibətlərini nümayiş etdirirdi. Yeri gəlmişkən, bu münasibət yenə də davam etməkdir.

Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. Sepah-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.

ABŞ hərbçiləri Qaşim Süeymanini zərərsizləşdirdiklərini gizlətmirlər. Onlar bildirib ki, Qüds qolu və komandanı ştatların hərbçilərinin təhlükəsizliyini təhdid edib, həyatları üçün təhlükə yaratdığı üçün Süleymanini öldürüblər.


Onun ölümünün 4-cü ildönümü ilə bağlı keçirilən mərasimdə partlayışın törədilməsi də Sepah-a, onun Qüds qoluna, habelə etiraz aksiyalarına silahlı hücumlar edib, onu zor gücünə dağıdan qvardiyanın yarımhərbi qolu sayılan bəsiclərin fəaliyyətinə cavab olaraq atılan addım kimi də qiymətləndirilə bilər.

Təbii ki, terror, silahlı hücumlar heç bir normal cəmiyyət tərəfindən qəbul edilmir. Ancaq hakimiyyətin Qasim Süleymani ətrafında təbliğatını qurması, onu rejimin dayaqlarından birinə çevirməsi etiraza səbəb olub. Qasim Süleymani Tehran hakimiyyətinin siyasi-ideoloji-hərbi simvolu sayılır. Onun öldürüldüyü gün törədilən bombalı hücum bu rəmzin dağıdılmasına xidmət edir.

Hələ ki ölənlər arasında mülki vətəndaşların olub-olmadığı araşdırılır. Ancaq İranda bu kimi tədbirlərdə əsasən bəsiclər iştirak edir. Bu baxımdan, ölənlər arasında Sepah-ın yarıımhərbi könüllü birləşməsinin üzvlərinin sayının çox olacağı ehtimalı da az deyil.


Odur ki, mərasim keçirilən yerdə belə bir hücumun reallaşması həm də qvardiyaya, Qüds qoluna və bəsiclərə yanaşmanın göstəricisi sayıla bilər.

Qeyd edək ki, ABŞ və İsrail Sepah-ı terror təşkilatları siyahısına daxil edib. Avropa İttifaqının bir sıra ölkələrinin parlamentləri bu silahlı qüvvəni terrorçu olaraq tanımaqla yanaşı, öz ölkələrinin hakimiyyətlərinə uyğun addımı atmağı tövsiyə ediblər.

Xatırladaq ki, İranda qvardiyanın tədbirlərində ilk dəfə deyil oxşar hadisə baş verir. 2018-ci ilin sentyabrında İranın Əhvaz şəhərində naməlum silahlı şəxslərin hərbi parada hücumu nəticəsində 25 nəfər ölmüş, 50-dən çox insan yaralanmışdı. Onda ölən hərbçilərin sayının daha çox olduğu iddia edilirdi.

Ümumiyyətlə, ölkədə hərbçilərə, o cümlədən Sepah qüvvələrinə qarşı silahlı hücumlar tez-tez baş verir.

Bu tip silahlı hücumları bir neçə səbəblə əlaqələndirmək olar:

- cəmiyyətin etirazı;

- cəmiyyətin tələbləri ilə hakimiyyətin hesablaşmaması;

- İran hakimiyyətinin HƏMAS-İsrail müharibəsi fonunda regionda pozuculuq fəaliyyətini davam etdirməsi;

- daxili qarşıdurmanın göstəricisi;

- Tehran rejiminə terrorlar etməməklə bağlı xəbərdarlıq;

- İran hakimiyyətinin son aylar ABŞ-nin Suriya və İraqdakı hərbi bazalarına basqınlara cavabın verilməsi və s.

Beləliklə, 2024-cü ilin ilk günləri, 4 il əvvəl olduğu kimi, İran cəmiyyəti üçün qeyri-adi, faciəvi hadisə ilə başladı. Ehtimal etmək olar ki, bu qanlı hadisə İranın üzləşəcəyi yeni problemlərdən xəbər verir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ADNA-da terror aktı törədilməsindən 15 il ötür
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür